Kriminal 

Səbail rayonunda 2 nəfəri bıçaqlayan şəxs saxlanıldı

Ötən gün Səbail rayonu, Neftçilər prospektində qanlı hadisə qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, Kənan İsgəndərov adlı şəxs  Vüqar  Cəfərov və Rövşən Məmmədrza oğlu İmamquliyevi bıçaqlayıb.

Yaralılar təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıblar. Cərrahiyə əməliyatı olunan yaralıların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Hadisəni törədən K.İsgəndərov isə 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsiylə cinayət işi başlanıb.

ölkə.az

Daha çox xəbərlər