Dünya 

İmaməli Rəhman bu türk dövlətinə getdi – 17 ildə ilk dəfə

Tacikistan Prezidenti İmaməli Rəhman 17 il ərzində ilk dəfə Özbəkistana səfər edib.

ARANTV.AZ Report-a istinadən bildirir ki, onu Daşkəndə Özbəkistan Prezidenti Şövkət Mirziyayev dəvət edib.

Özbəkistan mətbuatı yazıb ki, iki ölkə başçısının görüşündə siyasi, ticari-iqtisadi, nəqliyyat və rabitə, turizm, mədəniyyət, humanitar sahələrdə və regionlararası əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra vacib sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

İ.Rəhmanın səfəri iki gün davam edəcək.

Qeyd edək ki, bu ilin yazında da Özbəkistan prezidenti tarixdə ilk dəfə Tacikistana səfər edib.

Daha çox xəbərlər