Hadisə 

Azərbaycan nömrəli maşın Türkiyədə qəzaya düşdü – 5 yaralı

Türkiyənin Diyarbakır şəhərinin Bismil rayonunda “Kia” markalı minik avtomobili yolda təmir işləri aparan yük maşınına çırpılıb.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Minik avtomobilinin üzərində Azərbaycan nömrəsi olub. 90-KF-424 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün kimliyi barədə məlumat yoxdur.

Yaralılar Bismil xəstəxanasına yerləşdirilib.

Daha çox xəbərlər