Siyasət 

ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ – “Azərbaycan hazırlaşmalıdır…”

Nüfuzlu Hudson İnstitutu Yaxın Şərqdə vəziyyətin pisləşdiyi  vaxtda “Azərbaycanı hazırlaşmağa çağırıb”; eskalasiyanın yaratdığı gərginlik ölkəmizin qonşusu İrana sıçraya bilər

Vaşinqtonda fəaliyyət göstərən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir vaxtda “Azərbaycanı hazırlaşmağa çağırıb”. O, X səhifəsində “Azərbaycan hazır olmalıdır” yazsa da, konkret fikrini açıqlamayıb. Bu barədə Minval.az saytı yazıb.

Lyuk Koffi Azərbaycana tanış simadır. O, ötən ilin sentyabrında Qarabağda aparılan lokal antiterror tədbirlərinin Azərbaycanın daxili işi olduğunu yazmışdı: “Beynəlxalq hüquqa görə Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir. Hazırda bütün hərbi əməliyyatlar ölkə daxilində aparılır. Ermənistan işğal olunmur. Azərbaycanın daxilində yerləşən erməni qoşunları hücumlara məruz qalır. Bunlar faktdır”.

“Yeni Müsavat” məlumat verir ki, Hudson İnstitutu 1961-ci ildə RAND Korporasiyasının əməkdaşları tərəfindən yaradılmış Amerika beyin mərkəzidir. İnstitut “qlobal təhlükəsizlik, rifah və azadlığı” inkişaf etdirən innovativ tədqiqat və təhlillər aparır.

Rusiya Ədliyyə Nazirliyi Hudson İnstitutunu arzuolunmaz təşkilatlar siyahısına daxil edib. Baş Prokurorluğun qərarı ilə institutun Rusiyadakı fəaliyyəti arzuolunmaz hesab olunub.

Bəllidir ki, Cənubi Qafqaz Yaxın Şərqin qapısıdır. Ölkəmiz özünü Yaxın Şərqdən kənarda təsəvvür edə bilməz. Ona görə də Yaxın Şərqdə baş verən hadisələrin ölkəmizə təsirinin olması təbiidir. Azərbaycan balanslı və uğurlu xarici siyasəti ilə ilk növbədə özünü bu hadisələrdən kənarda saxlamağa müvəffəq olub. Dayanıqlı iqtisadi və siyasi sistemin yaradılması Azərbaycanı bu cür hadisələrdən və təhlükələrdən sığortalayıb. Amma Livandakı son hadisələrdən sonra bu gərginlik Azərbaycanın yaxın qonşusu olan İrana sıçraya bilər. Bəs bu xəbərdarlığın sətiraltılarında gizlənən hansı təhlükə və təhdidlər ola bilər?

Digər tərəfdən, Azərbaycan üçün xoşagəlməz mənzərə onun dostu İsraillə qonşusu İran arasındakı düşmənçilikdir. Tehranın Bakıdan əsassız gözləntisi Tel-Əviv əleyhinə mövqe sərgiləməkdir. İran vaxtaşırı Azərbaycanı ittiham edir ki, guya onunla sərhədlərə “sionist rejimi” yerləşdirmişik. Bu sübutsuz iftiraların heç biri yapışmayıb. Çünki fakta söykənmir. Eyni zamanda Azərbaycanın dostu İsraillə cənub qonşusu İranın münasibətlərinin bu həddə çatması, Yaxın Şərqdəki eskalasiya heç də ürəkaçan hal deyil. İstər-istəməz regiona təsirləri var. Analitiklər İranın proksi qüvvələrinin məhvindən sonra növbənin ona çatacağını istisna etmirlər. Əgər bölgədə İranın vurulması prosesi başlanarsa, Ukrayna müharibəsindən daha böyük böhran start götürə bilər.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, İran prezidenti Məsud Pezeşkianın bugünlərdə səsləndirdiyi “İranda hər hansı hadisənin baş verəcəyi təqdirdə Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar” açıqlaması təsadüfi deyil: “ABŞ və İsrail İranda rejim dəyişikliyinə nail ola bilməsələr, Pezeşkianın səsləndirdiyi modeli həyata keçirməyə çalışacaqlar. Azərbaycan buna hazır olmalıdır”.

Politoloq hesab edir ki, İsrail ABŞ-ın dəstəyi sayəsində HƏMAS və “Hizbullah”ı başsız qoyub, komandirlərinin böyük əksəriyyətini öldürüb, üstəgəl Suriya və İran ərazisindəki hədəflər də vurulur: “İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və buna bənzər təşkilatlar İsrail-ABŞ cütlüyünü durdurmaq iqtidarında deyillər. Bu ikili növbəti mərhələdə İran üzərində çalışmalara başlayacaq”.

Siyasi icmalçı Aqşin Kərimov hadisələrə fərqli aspektdən yanaşır: “İranın Yaxın Şərqdə geosiyasi zərbələr alması onun Cənubi Qafqazdakı qırmızı xətlərini də aşındırır. İsrailin ard-arda İranı çətin vəziyyətdə qoyması Tehranın Cənubi Qafqazdakı Zəngəzur dəhlizinə nisbətdə istifadə etdiyi qırmızı xətlər ifadəsini redaktə etməsinə gətirib çıxara bilər. İran icbari tələb kimi Azərbaycanla əməkdaşlıq kanallarını genişləndirərək dəhliz məsələsində güzəşt siyasətini nümayiş etdirə bilər. Beləliklə, İranın Yaxın Şərq arenasında düçar olduğu problemlər onun Cənubi Qafqazda geosiyasi mövqelərinə mənfi təsir edəcək”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadənin fikrincə, İran proseslərə müdaxilə etsə, daxildə ciddi parçalanmalara yol aça bilər. Onun sözlərinə görə, bu da regiona və Azərbaycana təsirini göstərəcək: “Proksilərinin sıradan çıxarılması həm də İranın Yaxın Şərqdəki varlığının sonu deməkdir. Həmçinin baş verənlər Yaxın Şərqdə yeni siyasi nizam formalaşdıracaq”. Əsədullazadənin fikrincə, İran prezidenti Məsud Pezeşkianın bu fonda Güney Azərbaycan, Bəlucistan, Kürdüstan və digər bölgələrdəki mümkün parçalanmalara diqqət çəkməsi bununla bağlıdır: “Bunu belə oxumaq olarki, Pezeşkian və komandası mümkün təhlükələrdən sığortalanmağın yolunu müdaxilələrdən çəkinməkdə görür. Başqa sözlə, İranın gələcəyi baş verənlər qarşısında hansı yolu seçəcəyindən asılıdır. Bir addım da atsa, özünü bitirəcək. İran daxilə sıçrayacaq gərginlikdən salamat çıxmaya bilər. Zənnimcə, Tehranda bunu anlayırlar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Daha çox xəbərlər