ABŞ qərar verdi: İraqda nə qədər istəsək qalacağıq
ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda qalmağa davam edəcək.
ARANTV.AZ xəbər verir ki, bunu koalsiya qoşunlarının rəhbəri polkovnik Şon Rayan Əbu Dabidə keçirilən mətbuat konfransında deyib, axar.az məlumat yayıb.
“Biz İraqda nə qədər lazımdırsa, o qədər də qalacağıq. İŞİD-in məğlubiyyətindən sonra əsas məsələ işğaldan azad edilmiş rayonlarda sabitliyin təmin olunmasıdır”, – koalisiya rəhbəri deyib.

