Rusiyada ağır qəza: 2 ölü, 15 yaralı
Rusiyanın Stavropol diyarında sərnişin avtobusu yük maşını ilə toqquşub.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, toqquşma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Məlumata əsasən, avtobus Tbilisi-Krasnodar reysini həyata keçirirmiş.
Xəstəxanaya yerləşdirilən yaralılardan 8-nin vəziyyətinin ağır və orta ağır olduğu bildirilir. Digərlərinin isə zədələri ağır deyil. Qalan sərnişinlər müvəqqəti Kurşava kəndində mədəniyyət evində yerləşdirilib.

