Dünya 

Cənubi Koreyada fabrikdə yanğın – 9 ölü

Cənubi Koreyanın İnçhon şəhərində elektronika məhsulları fabrikində baş vermiş yanğın nəticəsində 9 nəfər həlak olub.

ARANTV.AZ  trend-ə istinadən bildirir ki, daha 4 nəfər xəsarət alıb.

Qeyd olunur ki, ölənlərin əksəriyyəti xilas olmaq üçün dördüncü mərtəbədən tullanarkən həlak olub.

Yanğının qarşısının alınması üçün onlarla yanğınsöndürmə maşını cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Daha çox xəbərlər