26 sentyabr 2025 – ci il tarixində məktəbin tədbirlər planına uyğun olaraq 27 Sentyabr “Anım günü”nə həsr olunmuş tədbir keçirildi.
26.09.2025-ci il tarixdə 27 sentyabr-Anım Günü ilə əlaqədar Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin tədbirlər planına uyğun olaraq tədbir təşkil olunub.
Bildirilib ki, tədbirdə əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmiz beynəlxalq miqyasda tanınmış ərazilərinin 30 illik işğalına son qoyub və ərazi bütövlüyünün bərpasını təmin edib.














