Xalq artisti dollarları yerə səpdi – VİDEO
Xalq artisti Brilliant Dadaşova “Para-para” adlı klipini təqdim edib. ARANTV.AZ xəbər verir ki, ekran işi Türkiyənin məşhur “NetD” musiqi platformasında paylaşılıb. Mahnının sözləri sənətçinin özünə, musiqisi Fərid Kərimliyə məxsusdur. Erkan Nasın ərsəyə gətirdiyi klipdə sənətçi 4 libas dəyişib. Qeyd edək ki, E.Nasın Serdar Ortaç, İsmayıl YK, İzel, Lerzan Mutlu və bir çox tanınmış müğənnilərin kliplərinin rejissorudur.

