Bakıda qəfildən prospektə daxil olan şəxs ağır qəzaya səbəb oldu – VİDEO
Bakının Nəsimi rayonunda piyadanı avtomobil vurub.
ARANTV.AZ apa-ya istinadla xəbər verir ki, hadisə Vaqif prospektində qeydə alınıb.
Belə ki, həmin prospektdə 55 yaşlı Aslanov Nəbi Paşa oğlu qəfildən prospektə daxil olub. Bu zaman onu “Opel” markalı avtomobil vurub. Avtomobil daha sonra yol kənarındakı maneəyə dəyib. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb.
Təcili tibbi yardım xidmətinin həkimlərinin verdiyi məlumata görə, piyada sərxoş vəziyyətdə yola daxil olub.\

