Xankəndidə orta məktəbdə “Laçın işğaldan azad olundu ” adlı tədbir keçirilib- FOTO
Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə Laçın işğaldan azad edilməsi münasibətilə təntənəli tədbir təşkil olunub. Məktəb kollektivinin iştirakı ilə keçirilən tədbir Vətənimizin qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biri kimi dəyərləndirilib.
Tədbirin aparıcısı, məktəbin 4-cü sinif şagirdi Leyla Adıgözəlova çıxışında bildirib ki, Laçının təkcə bir bölgənin deyil, bütün Azərbaycan xalqının birliyinin, iradəsinin və əzminin rəmzidir. O vurğulayıb ki, Laçının yenidən dirçəlişi xalqımızın milli ruhunun və vətənə sədaqətinin bariz nümunəsidir.
Tədbirdə Laçının tarixi, şəhərin azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsi, bölgənin yenidən qayıdışı və müasir inkişaf mərhələsi xüsusi vurğulanıb. Çıxış edənlər qeyd ediblər ki, Laçının işğaldan azad olunması yalnız hərbi qələbə deyil, həm də milli birliyin və sarsılmaz iradənin təntənəsidir.
Səhnədə təqdim olunan ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və şagird çıxışları Laçının dünənini, bu gününü və gələcəyini əks etdirərək tədbirə xüsusi rəng qatıb. Şanlı üçrəngli bayrağımızın Laçın səmasında yenidən dalğalanması tədbir iştirakçıları tərəfindən böyük fəxarət hissi ilə qeyd olunub.


