“Qarabağ” “Nyukasl” matçı başladı – CANLI YAYIN
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la İngiltərənin “Nyukasl” komandası arasında keçirilən qarşılaşma start götürüb.
Musavat.com xəbər verir ki, oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Tribunaları dolduran azarkeşlər komandalara güclü dəstək verir.
Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir. Matçın taleyi iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək.
Musavat.com
***
Bir neçə dəqiqə sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” növbəti sınağına çıxacaq.
Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Görüş saat 21:45-də start götürəcək. Azarkeşlərin böyük maraq göstərdiyi oyunda tribunaların tam dolacağı gözlənilir.
Qeyd edək ki, bu qarşılaşma pley-off mərhələsinin ilk matçı olduğundan, cavab oyunu öncəsi üstünlük qazanmaq hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.
Musavat.com




