Region Xəbərləri 

“Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin Hüquqi İrsi” layihəsinin açılış mərasimi keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilib.

Seminar Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Seminarda iştirakçılara layihə rəhbəri Fəxriyyə Cəfərli tərəfindən “Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin Hüquqi İrsi” layihəsi haqqında məlumat verilib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov layihənin həmin universitetdə keçirilməsinin faydalılığı haqqında fikirlərini bildirmişdir. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan danışıb, layihə kordinatoru Könül Vəliyeva və həmin universitetin tələbəsi Arzu Həsənli Ulu Öndər Heydər Əliyev və hüquqlarımız haqqında məlumat veriblər. Sonda iştirakçıların sualları cavablandırılıb və Ulu Öndər Heydər Əliyevin həyatından bəhs etdirən sənədli film nümayiş olunub.

Daha çox xəbərlər