Dünya 

Rusiya ordusunun azərbaycanlı əsgəri türk əsgərinə Suriyadan səsləndi

Rusiya ordusunun hərbi polisinin bölmələri Suriyanın Türkiyə ilə sərhədində patrul xidməti apararkən maraqlı hadisə baş verib.

ARANTV.AZ  xəbər verir ki, Rusiya hərbi polisinin bir hərbçisi Haseke bölgəsindən sərhədin bu tərəfinə, Şenyurt sərhəd-keçid məntəqəsində dayanmış türk əsgərinə azərbaycanca səslənib: “Gəl qardaş, gəl. Hər şey yaxşıdır”. Bu sözləri eşidən türk əsgəri qısamüddətli çaşqınlıq yaşayıb. Həmin anları bölgədə çəkiliş aparan xarici reportyorlar lentə alıblar.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında Soçidə əldə edilmiş anlaşmaya əsasən Rusiya hərbi polisi Suriya ordusunun bölmələri ilə birlikdə Türkiyə ilə sərhəd ərazilərdə patrul xidməti aparacaq. Söhbət “Barış pınarı” əməliyyatının əhatə dairəsindən kənardakı zonalardan gedir. Rusiya bu məqsədlə Suriyaya əlavə hərbi polis bölmələri göndərib.Virtualaz.org

Daha çox xəbərlər