İraqda terror aktı: ölən və yaralılar var
İraqın Anbar bölgəsində terror aktı törədilib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, nəzarət məntəqəsinə yaxınlaşan bomba yüklü avtomobil partladılıb.
Terakt nəticəsində üçü dinc sakin olmaqla, səkkiz nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Rəsmilər yaralılardan bir çoxunun vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artacağını istisna etmir.

