Siyasət 

Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib. “İki sahil” xəbər verir ki, Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb. Sonda burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub. Qeyd edək ki, bu kompleks mərhum Sultan Qabus bin Səidin göstərişi ilə xərçəng xəstələrinə tibbi xidmət göstərmək məqsədilə yaradılıb. Bu tibb ocağı 2023-cü…

Read More
Siyasət 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb. “İki sahil” xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb. Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib. O, həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma…

Read More
Siyasət 

Güclü olmalıyıq – Prezident

Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. “İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qaldığını deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. İkinci Qarabağ müharibəsindən ötən beş ildə yeni reallıqların bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və…

Read More
Siyasət 

Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək

“Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir”. Musavat.com verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, iqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur: “Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir,…

Read More
Gündəm 

Prezident İlham Əliyev pensiyalardan danışdı – VİDEO

“Bu gün insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır. Yəni vaxtilə bu sahədə olan pozuntular aradan qaldırılır, ədalətsizliklər aradan qaldırılır, şəffaf mexanizm tətbiq olunur. Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir”. Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə…

Read More
Gündəm 

“Sovetski”də görüləcək işlər məlum olub

“Sovetski” adlandırılan ərazinin köçürülməsi prosesi davam edir və orada da ancaq ictimai yerlər, parklar salınmalıdır. Süni göllər yaradılacaq və nəqliyyat sistemi qurulacaq, o cümlədən metro stansiyaları, Ağ Şəhərdə metro stansiya. İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Musavat.com verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. “Bilirəm, bəziləri bundan narazıdır. Amma inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu da bir çıxış yoludur. Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq. Təbii olaraq ictimai nəqliyyat istədiyimiz səviyyədə olan zaman, əlbəttə, ictimai…

Read More
Region Xəbərləri 

İdmanın inkişafı yönümündə atılan addımlar

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim Azərbaycan idmanın keçdiyi inkişaf yolunun təqdimatı oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclər və idman siyasətini ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevirdi. Son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafı yönümündə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Bu gün müasir müstəqil, qalib Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib, beynəlxalq yarışlara ev sahibliyi edən ölkədir.…

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb. Bu muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir. Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə…

Read More