Cəmiyyət 

X Qəbələ Beynəlxlaq Musiqi Festivalına start verildi

ARANTV.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun ən böyük layihələrindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq hər il keçirilir. Artıq ənənə halını alan Festival beynəlxalq miqyasda böyük maraqla qarşılanır. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyada mədəniyyətlərin qovuşduğu mərkəzlərdən birinə çevirib. Dünən Azərbaycanın dilbər  guşələrindən biri olan Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində növbəti 10-cu beynəlxalq musiqi festivalına start verildi. Proqrama uyğun olaraq, Mərkəzin kamera zalında musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində festivalın ilk konserti təqdim edildi. Gənc ifaçılar xarici bəstəkarların əsərlərini səsləndirdilər.

Axşam saat 21:00-da isə Festivalın təntənəli açılış mərasimi keçirildi. 10-cu Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya və Türkiyə də daxil olmaqla  60-a yaxın ölkədən dünya şöhrətli dirijorlar və musiqiçilər iştirak edirlər. Ümumilikdə musiqiçilərin sayı 300-dən çoxdur.

Festival çərçivəsində bura gələn turistlərin də sayı əvvəlki illərlə müqayisədə daha çoxdur.

Builki festival daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd ediləcək, onun ölməz əsərləri səsləndiriləcək. Festival avqustun 7-ə kimi davam edəcək.

Daha çox xəbərlər

Leave a Comment