Sosial 

Gənclərdə demensiya riski artır: sosial şəbəkələr yaddaşı sıradan çıxarır

Musavat.com xəbər verir ki, son illər xüsusilə 20–40 yaş arası gənclərdə demensiya diaqnozlarının kəskin artması həkimlər arasında ciddi narahatlıq yaradıb. Məsələn, Avstraliyada bu yaş qrupunda demensiya göstəriciləri 400% artıb. Səbəb nədir? – Vertikal video kontentinin təhlükəsi Mütəxəssislər hesab edirlər ki, əsas səbəblərdən biri sosial şəbəkələrdə sürətlə yayılan vertikal formatlı qısa videolardır. Bu videolar saniyələr içində diqqəti cəlb etmək üçün hazırlanır, lakin uzunmüddətli diqqət və yaddaş proseslərini zədələyir. Alimlərə görə, belə kontentin daimi izlənməsi: PREFRONTRAL korteksin aktivliyini azaldır, Qısamüddətli yaddaşın həcmini zəiflədir, İmpulsivliyi artırır. Bu dəyişikliklər uzun müddət davam etdikdə, hətta…

Read More
Cəmiyyət 

Tərk edildikdən sonra ölən Nurcanla bağlı – Rəsmi açıqlama

Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir: “Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub. Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb. Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib”. Bildirilir ki, qiymətləndirmə prosesində Nurcan…

Read More
Cəmiyyət 

Müəllim məktəbə “müştəri yeri” kimi baxırsa, o, mənim üçün müəllim deyil – Emin Əmrullayev

Müəllim məktəbə “müştəri yeri” kimi baxırsa, o mənim üçün müəllim deyil. “İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “İTV”də yayımlanan “Diqqət Mərkəzi” proqramında deyib. “Əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil. Müəllim məktəbə gəlir, əməkhaqqını alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq…

Read More
Gündəm 

Laçın kəndlərinin torpaq potensialı yenidən qiymətləndirilib

nd Təsərrüfatı Nazirliyi müvafiq güc strukturları ilə birlikdə Laçının Zabux kəndində əhalinin ərazini təhlükəsiz şəkildə parselləməsinə və həmin sahələrin vətəndaşlara təhkim olunmasına şərait yaratmağa çalışacaq. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Baku TV”yə müsahibəsində deyib. Nazirin sözlərinə görə, 2025-ci ildə azad olunmuş ərazilərdə məhsuldarlığın artırılması məqsədilə 2024-cü illə müqayisədə əkin sahələri təxminən üçdə bir azaldılıb: “Nəticədə azad edilmiş ərazilərdə məhsuldarlıq 37 % artıb. Bu, yaxşı göstəricidir. Amma həmin ərazilərdə hələ də görülməli işlər qalır”. O bildirib ki, yaxın günlərdə Laçının Sus, Bəylik və Zabux kəndlərinin əkin potensialı təhlil edilib: “Sus…

Read More
Cəmiyyət 

210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI

“Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır”. Oxu.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində qonaq olarkən deyib. O bildirib ki, bu müəllimlərin həftəlik dərs saatı 30-36 saat aralığında dəyişir. Nazirin sözlərinə görə, 3487 nəfər müəllimin ortaaylıq maaşı 210 manatdır: “Bu müəllimlərin həftəlik dərs yükü 0-6 saat aralığındadır”. Həmçinin qeyd olunub ki, 38 711 nəfər müəllim ortalama ayda 979 manat maaş alır ki, onların da dərs yükü 18-24 saat aralığında dəyişir.

Read More
Cəmiyyət 

Sığınacaqda qalan daha bir yeniyetmənin həyatı təhlükədə

lli.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, valideyn himayəsindən məhrum olmuş və reabilitasiya məqsədilə sığınacağa yerləşdirilən yeniyetmə qız məktəbdən qayıtmayıb. “Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə itkin düşmə ilə bağlı məlumat verilib. Bu kimi uşaqların əksəriyyəti valideynlərin biganəliyi və zorakılığı səbəbindən reabilitasiya proqramına cəlb olunurlar. Lakin valideyn hüquqları məhdudlaşdırılmadığı üçün ailə ilə ünsiyyət saxlanılır, uşağa qarşı birbaşa cinayət faktı yoxdursa, valideynlərlə görüşlər davam etdirilir. Bir neçə gün əvvəl yeniyetmənin atası Sosial Xidmətlər Agentliyinə müraciət edəcəyini…

Read More
Cəmiyyət 

Burun əməliyyatı zamanı komaya düşən Nigarın son vəziyyəti

Bu il aprelin 30-da Bakıdakı “MedAura” klinikasında burun əməliyyatı zamanı komaya düşən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlının vəziyyəti kritik olaraq qalır. Milli.Az bildirir ki, bu barədə Nigarın hüquqlarını müdafiə edən, 20 saylı büronun vəkili Rusif Eminli Bizim.Media-ya məlumat verib. “Məsələ öz ciddiliyini qoruyub saxlayır. Hələ də Nigar Budaqlının koma vəziyyətinə düşməsinə səbəb olan həkimlər xəstənin vəziyyəti ilə maraqlanmır. İstintaqla bağlı da hazırda yeni bir məlumat yoxdur. Nigarın vəziyyəti isə kritikdir”-deyə vəkil bildirib. Qeyd edək ki, N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.

Read More
Cəmiyyət 

Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı: “Dünən gələn məhsulun tarixi artıq silinib”

Paytaxt bazarlarında aparılan son araşdırmalar zamanı satışda olan ucuz kolbasa məhsullarından birinin tərkibində at ətinin aşkarlanması ciddi narahatlıq yaradıb. Bu fakt digər bazarlarda satılan ucuz kolbasa məhsullarının tərkibi və qiymətinə dair sualları yenidən gündəmə gətirib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərək deyib ki, belə məhsulların tərkibində daha aşağıkeyfiyyətli və mənşəyi bilinməyən ətlər də ola bilər: “Təəssüf ki, ölkədə demək olar ki, heç bir ətin satışına qadağa qoyulmur. İstehlakçının aldadılmaması üçün ətin mənşəyi mütləq göstərilməlidir. Bazarlara gətirilən bu tip ət məhsulları çox zaman yararlılığı şübhəli heyvan ətlərindən hazırlana…

Read More
Sosial 

Gələn ildən pensiyalar bu qədər artacaq – Nazir AÇIQLADI

“2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib. Nazir bildirib ki, proqnoz göstəricilərə əsasən, 2026-cı il…

Read More
Gündəm 

2026-cı ildə ehtiyac meyarı və yaşayış minimumu bu qədər olacaqFOTO

Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Musavat.com-un məlumatına görə, o, bildirib ki, layihədə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği artırılır: “Belə ki, 2026-cı il üçün yaşayış minimumunun məbləği ölkə üzrə 285 manatdan 300 manata, əmək qabiliyyətli əhali üçün 305 manatdan 317 manata, pensiyaçılar üçün 232 manatdan 245 manata, uşaqlar üçün 246 manatdan 260 manata yüksəldilir”. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il…

Read More