Siyasət 

DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiqləndi

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, eləcə də qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Read More
Cəmiyyət 

Emin Əmrullayev bu dəfə medianı tənqid etdi: “Detalları ayırıb neqativ xəbər vermək həvəsindədirlər”

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin əməkhaqqı sistemində nəzərdə tutulan dəyişikliklər – tam ştat modelinə keçid, yüksək nəticə göstərən pedaqoqlara ikiqat maaş təklifi və 2027–2030-cu illəri əhatə edəcək mərhələli islahat planı – son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Musavat.com bildirir ki, nazir bu müzakirələr fonunda mətbuatda yayımlanan bəzi başlıqlara və təqdimat tərzinə sərt irad bildirib. O, sosial media hesabında paylaşdığı açıqlamada medianın faktları kontekstdən çıxarmaq və detalları ön plana çəkərək neqativ təsir yaratmaq meylinin müzakirələrin mahiyyətini təhrif etdiyini deyib. “Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas…

Read More
Cəmiyyət 

Bakıda dörd fəhlənin faciəvi ölümü – Məsuliyyət kimdədir, kompensasiya necə ödənilməlidir?

Bakı bu gün dəhşətli xəbərlə sarsıldı. Binəqədi rayonunun Biləcəri qəsəbəsində, “Lake Hotel” restoranının yaxınlığında baş verən faciə nəticəsində dörd gənc əməkdaş – 19 yaşlı Cəmil Quliyev, 17 yaşlı Əkbər Zeynalov, 26 yaşlı Cavidan Muradov və 18 yaşlı Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. İlkin məlumatlara görə, gənclər restorandan başqa əraziyə hündür metal nərdivan daşıyarkən yaxınlıqdan keçən 35 kV-luq yüksək gərginlik xəttinə yaxınlaşıblar. Nəticədə güclü elektrik yüklənməsi onların həyatını bir anın içində alıb. “Azərişıq” ASC-dən bildirilib ki, faciə baş verən həmin 35 kV-luq xətt quruma məxsus deyil: “Həmin yüksək…

Read More
Cəmiyyət 

Leyla Əliyeva və Alena Əliyeva film festivalında – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəranda bir sıra tədbirlərdə iştirak ediblər. Musavat.com xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “ANİMAFİLM Lənkəranda” animasiya filmləri festivalında iştirak ediblər. Festivalda “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, “Yer və Ay” və “Bum-bum” filmləri nümayiş olunub. Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, ilk dəfə geniş auditoriya qarşısında təqdim edilən “Bum-bum” filmi görkəmli Azərbaycan yazarı, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı…

Read More
Gündəm 

Ermənistandan süni intellekt sıçrayışı – Azərbaycana təhlükə?

NVIDIA-nın Ermənistanda süni intellekt sahəsinə ayırdığı investisiya regionda ciddi müzakirələr doğurub. ABŞ-nin texnoloji nəhəngi bu ilin əvvəlində elan etdiyi 500 milyon dollarlıq sərmayəni üç dəfə artıraraq 1,5 milyard dollara çatdırdığı iddiası ilə gündəmə gəlib. Bu məlumatı Ermənistan müxalifətinin tanınmış simalarından olan Arman Babacanyan açıqlayıb. Rəsmi təsdiq olmasa da, İT sektorunda belə miqyaslı bir layihənin müzakirəyə çıxması təkcə İrəvanda deyil, bütün Cənubi Qafqazda maraq və narahatlıq yaradıb. 2025-ci ildə NVIDIA ABŞ-nin “Firebird” startapı və Ermənistan hökuməti arasında tərəfdaşlıq elan olunmuşdu. Layihə 2026-cı ilə qədər yüksək texnologiyalı süni intellekt mərkəzinin – minlərlə…

Read More
Gündəm 

“Lake Hotel” faciəsi: “Bu, adi bədbəxt hadisə deyil…” – 4 ofisiantın ölümündə günahkar kimdir?

“Baş verən bu faciə – 4 gəncin elektrik cərəyanı vurması nəticəsində həyatını itirməsi – sadə bir iş qəzası deyil. Bu, təhlükəsizlik sistemində illərlə yığılan ciddi boşluqların acı nəticəsidir”. Bunu Musavat.com-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib. Onun sözlərinə görə, hadisənin ilkin təfərrüatları göstərir ki, vəfat edən şəxslər elektrik işçisi olmayıblar: “Onlar sadəcə dəmir konstruksiya daşıyarkən həmin metal təsadüfən yüksək gərginlik xəttinə toxunub. Bu cür hallarda insanın reaksiya verməyə vaxtı olmur. Metal saniyələr içində gərginlik daşıyıcısına çevrilir və bir neçə nəfəri eyni anda vurur. Əsas problem odur ki, yüksək gərginlik xətti…

Read More
Cəmiyyət 

AQTA-dan ağır zəhərlənməyə səbəb olan uşaq qidası barədə XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının körpələrdə botulizm hallarına (zəhərli bakteriya ilə baş verən ağır qida zəhərlənməsi) səbəb olmasına görə Azərbaycanda istifadəsinə qarşı xəbərdarlıq yayıb. Bu barədə Musavat.com-a AQTA-dan məlumat verilib. Bildirilib ki, AQTA-nın apardığı araşdırma nəticəsində sözügedən uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər. AQTA mövcud…

Read More
Siyasət 

Daşkənddə Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirilib – FOTOLAR

Özbəkistan Gənclər İttifaqı və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirilib. Musavat.com xəbər verir ki, konfransda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, universitetin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Gənclər İttifaqının sədr müavini Qədircan Əsədov, Özbəkistan Ali Məclisi yanında Gənclər Parlamentinin sədri Otabek Sabitov, eləcə də ölkənin aparıcı alimləri və gənc liderləri iştirak edib. Özbəkistan nümayəndə heyəti adından çıxış edənlər vurğulayıblar ki, Azərbaycan və Özbəkistanı əsrlərdən gələn tarixi dostluq və qardaşlıq bağları birləşdirir. Hazırda yalnız dövlətlər arasında deyil, eyni zamanda Prezident…

Read More
Hadisə 

Yasamalda binada baş verən yanğın söndürüldü – ölənlər var – VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb. “Report”un əldə etdiyi ilkin məlumata görə, yanğın zamanı ölənlərdən biri yeniyetmədir. Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb. Mənzillər yanğından mühafizə olunub. *** Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb. Musavat.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib. *** Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.…

Read More
Hadisə 

Bakıda təmir sexində yanğın – “Porsche” yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Musavat.com nazirliyin Mətbuat xidmətində istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450kv.m. olan avtomobil təmiri sexində təmirə dayanmış “PORSCHE” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb. Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər…

Read More