Maraqlı 

Rəqsanənin borclu olduğu şəxs danışdı: “Onu biz buraxdırdıq”

  Müğənni Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov açıqlama verib. Milli.Az xəbər verir ki, Gündüz Məmmədov müğənninin onlara qarşı 520 min dolar dələduzluq etdiyini bir daha qeyd edib. “Rəqsanə İsmayılova zəng edib dedi ki, çətin vəziyyətdədir. Evdə azyaşlı uşaqları var. Biz də onun vəziyyətini nəzərə aldıq, onu buraxdırdıq. Şikayətimizi geri götürməmişik. Pulu ödəməyini gözləyirik” deyə o, qeyd edib. Xəbər verdiyimiz kimi, Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Read More
Sosial 

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə ayrılan vəsaitə maliyyə nəzarəti qaydası təsdiqlənib

  “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydası təsdiqlənib. “İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Read More
Cəmiyyət 

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub

Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub. “İki sahil” xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir. Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm…

Read More
Gündəm 

Zəfərimiz qürur mənbəyimizdir

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində tarixi qəlbənin 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd etməkdədir. Torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsinə nail olduğumuz bu müharibənin hər günü hər bir azərbaycanlı üçün müqəddəsdir. Çünki bu ölüm-qalım savaşı Vətən torpaqlarının, qədim yurd yerlərimizin, dədə-baba ocaqlarımızın düşmən tapdağından xilası, milli şərəf və ləyaqətin bərpası uğrunda aparılırdı. Ona görə 8 Noyabr Zəfərinin milli tariximizdə, Azərbaycan xalqının qan yaddaşında xüsusi və əbədi yeri var. Bu tarixi qələbə ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun qələmə aldığı və…

Read More
Gündəm 

Köhnə siyasətin sönən sədaları

Təəssüflər olsun və ya əksinə xoşbəxtlikdən, bu, mübahisəli məsələdir, ancaq siyasət həyatımıza artıq elə daxil olub ki, ümumi informasiya kütləsinin içərisində siyasi xəbərlər ilə yalnız sarı şou-biznes xəbərləri müqayisə oluna bilər. Əlbəttə ki, mövcud vəziyyət təsadüfi deyil. Qlobal güclərin səyləri nəticəsində sosial mühəndislik vasitəsilə müasir insanın ictimai şüuru qalmaqallara elə alışdırılıb ki, “şayiə” və “qalmaqal” ictimai həyatımızın mütləq parçasına çevrilib. Odur ki, konkret siyasi hadisələri təhlil edən zaman qlobal tendensiyalar mütləq olaraq nəzərə alınmalıdır. Belə ki, məlumatlılıqda süni zəkaya artıq uduzan insan düşünməyi də tədricən ona həvalə etdiyi üçün yeni…

Read More
Siyasət 

Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib – FOTO

Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər. “İki sahil” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələr haqqında ətraflı məlumat verib. Ziyarət zamanı onlar stendlərə baxış keçirib, festival iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri ilə tanış olublar. Bundan əlavə,…

Read More
Cəmiyyət 

Yeni sistem nə vəd edir?

Kamran Əsədov: Müəllimlərin əməkhaqqının dərs saatına görə deyil, iş saatına uyğun müəyyənləşdirilməsi ən real və modern mexanizmdir Ölkədə müəllimlərin dərs yükü və əməkhaqqı mexanizminin yenilənməsi ilə bağlı müzakirələr genişlənib. Müəllimlərin əməkhaqlarının dərs saatına deyil, iş saatına uyğun qaydada müəyyənləşdirilməsi təklifi xüsusi diqqət çəkib. Bu təklif Milli Məclisin ötən həftə keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı səsləndirilib. Təklif edilən mexanizmin əsas məqsədi müəllimlərin gəlirinin sabitləşdirilməsi və iş vaxtının daha effektiv şəkildə təşkil olunmasıdır. Yeni yanaşmaya əsasən, mövcud “dərs saatı” sistemi mərhələli olaraq “iş saatı” prinsipi ilə…

Read More
Cəmiyyət 

Azərbaycanda 1 həftə iş olmayacaq

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacaq. 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləri olacaq. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, 29 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək ölkədə bayram tətili olacaq. ///Bakıvaxtı.az

Read More
Cəmiyyət 

Təhsil və elmə ayrılacaq vəsait açıqlandı

2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Musavat.com-un məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib. Nazir qeyd edib ki, ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaq. Nazir bildirib ki, növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı…

Read More