Cəmiyyət 

Zabrat yolunda yenilik -Sürücülərin nəzərinə!

Bakıda Şəhər şosesində (Zabrat yolu) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud olmayıb. “Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu. Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait…

Read More
Gündəm 

Azadlığa çıxan Rəqsanədən ilk AÇIQLAMA – “Çox sevincliyəm…”

  Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Musavat.com xəbər verir ki, manset.az müğənni R.İsmayılova ilə əlaqə saxlayıb. O açıqlamasında azadlıqda olduğu üçün sevindiyini bildirib: “Mən həmişə ölkəmizin qanunlarına inanmışam. Allah Cənab Prezidentimizi və Birinci vitse-prezidentimizi qorusun. Balalarımın yanındayam. Çox sevincliyəm”.

Read More
Gündəm 

Azərbaycanın müdafiə sənayesi naziri Keniya Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikasında işgüzar səfərdədir. Nazirlikdən Musavat.com-a bildirilib ki, noyabrın 19-da Keniya Prezidenti Uilyam Samoei Ruto nazir V.Mustafayevi qəbul edib. Görüşdə iki ölkə arasında dinamik inkişaf edən münasibətlərdən məmnunluq ifadə olunub və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların bu əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb. Səfər zamanı nazir V.Mustafayev Keniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Kahariri ilə görüşüb. Tərəflər arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi…

Read More
Dünya 

Səudiyyə Ərəbistanı və ABŞ enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalayacaq

Səudiyyə Ərəbistanı ABŞ ilə enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalamağı planlaşdırır. “Report”un “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı investisiya forumunda milli neft şirkəti “Saudi Aramco”nun baş direktoru Amin Nasser bəyan edib. Onun sözlərinə görə, “Saudi Aramco” ABŞ-də investisiya portfelini genişləndirməyə davam edir, şirkətin vençur bölməsi isə Amerika iqtisadiyyatına 1,5 milyard dollar yatırıb. Xatırladaq ki, bu ilin may ayında ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə dörd günlük səfəri çərçivəsində ABŞ və Səudiyyə Ərəbistanı müdafiə və süni intellekt sahəsində layihələr də daxil olmaqla, çoxmilyardlıq qarşılıqlı investisiyalar…

Read More
Region Xəbərləri 

20 Noyabr – Ağdam Şəhəri Günü

Ermənistan silahlı qüvvələrinin hissələri Ağdama da həmlələr, hücumlar edirdi. Ağdamı əhali və ərazi özünümüdafiə taborları qoruyurdu… 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizi işğal olundu. Rayon mərkəzi və 90 kən­din işğalından sonra 128 min insan köçkün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı. Ağdam rayonunun 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu erməni işğalının subyekti oldu. Ermənistanın elan etmə­dən başladığı müahribədə 6 mindən artıq döyüşçü və mülki vətəndaş şəhid oldu, minlərlə insan yaralandı… BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29…

Read More
Dünya 

Saytlara girişlə bağlı yaranmış texniki nasazlığın səbəbi bilindi – AÇIQLAMA

ABŞ-nin “Cloudflare” bulud servisində baş vermiş miqyaslı texniki nasazlığın səbəbi təhlükəli trafiki idarə etmək üçün avtomatik yaradılan konfiqurasiya faylı olub. Oxu.Az bildirir ki, bu barədə “Kommersant” nəşrinə məlumatı servisin Mətbuat Xidmətindən veriblər. Məlumata görə, nasazlıq konfiqurasiya faylının gözlənilən ölçüdən böyük olması səbəbindən yaranıb, bu da “Cloudflare”in bir sıra xidmətlərinin trafikini emal edən proqram təminatının işində xətaya gətirib çıxarıb.

Read More
Dünya 

Fidan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. “Azərbaycan və Ermənistan sülh müqaviləsini imzaladıqda, İrəvanla münasibətləri normallaşdırmaya hazırıq”, – H.Fidan deyib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Ankaranın İrəvanla dəfələrlə elan etdiyi siyasəti mövcuddur.

Read More
Dünya 

Ermənistanda son 10 ayda 30 169 müəssisə fəaliyyətini dayandırıb

Ermənistanda cari ildə qüvvəyə minən vergi dəyişikliklərindən sonra kiçik və orta sahibkarlıq subyektlərinin vergi yükünü əhəmiyyətli dərəcədə artıran yeniliklər 2025-ci ilin ilk 10 ayında ölkədə görünməmiş sayda müəssisənin bağlanmasına səbəb olub. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Bundan əlavə, fəaliyyətini dayandıran fərdi sahibkarların və kommersiya təşkilatlarının sayı yeni qeydiyyatdan keçmiş və ya yenidən açılmış müəssisələrin sayından 3 429 çoxdur. Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, xüsusilə yanvar-oktyabr aylarında Ermənistanda 30 169 vergi ödəyicisi fəaliyyətini dayandırıb ki, bunlardan 22 850-si fərdi sahibkar, 6 950-si isə kommersiya təşkilatı olub. Ötən ilin…

Read More
Cəmiyyət 

“Qalatasaray” “Real Madrid”in hücumçusunu icarəyə götürmək istəyir

Türkiyənin “Qalatasaray” futbol klubu “Real Madrid”in cinah hücumçusu Rodriqo Qoesi icarəyə götürmək istəyir. Lakin Türkiyə klubu “Real Madrid” 24 yaşlı futbolçunun maaşının yarısını bir neçə ay ərzində ödəyəcəyi təqdirdə belə müqavilə imzalamağa hazırdır. “Report” xəbər verir ki, bu barədə AS məlumat yayıb. Məlumata görə, braziliyalı cinah oyunçusu daha çox oyun vaxtı qazanmaq üçün Çempionlar Liqası komandasına icarəyə verilə bilər. Rodriqo Qoes cari mövsümdə 13 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar qiyməti 80 milyon avrodur.

Read More