Gündəm 

Ağdamın işğaldan azad olunmasından 5 il ötür

Bu gün – noyabrın 20-i Ağdam Şəhəri Günüdür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən beş il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu əzəli torpaqların azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu…

Read More
Gündəm 

Qarakənd faciəsindən 34 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu “Mi-8” helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür – faciədən 34 il ötür. “Report” xatırladır ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı – ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub: Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini Vaqif Cəfər oğlu Cəfərov –…

Read More
Cəmiyyət 

Bakıda iki şəhidin məzarı qarət edilib – VİDEO

Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Hər şəhid məzarının qarşısında qoyulan güllər də, məzar önünə düzülən şəxsi əşyalar da… Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bir şəhidin müharibədə döyüş boyu ayağında olan çəkməsi, kaskası, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb. Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib. Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeğanə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu. Şəhidin…

Read More
Maraqlı 

Rəqsanənin borclu olduğu şəxs danışdı: “Onu biz buraxdırdıq”

  Müğənni Rəqsanə İsmayılovanın borclu olduğu Gündüz Məmmədov açıqlama verib. Milli.Az xəbər verir ki, Gündüz Məmmədov müğənninin onlara qarşı 520 min dolar dələduzluq etdiyini bir daha qeyd edib. “Rəqsanə İsmayılova zəng edib dedi ki, çətin vəziyyətdədir. Evdə azyaşlı uşaqları var. Biz də onun vəziyyətini nəzərə aldıq, onu buraxdırdıq. Şikayətimizi geri götürməmişik. Pulu ödəməyini gözləyirik” deyə o, qeyd edib. Xəbər verdiyimiz kimi, Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Read More
Sosial 

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə ayrılan vəsaitə maliyyə nəzarəti qaydası təsdiqlənib

  “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydası təsdiqlənib. “İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Read More
Cəmiyyət 

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub

Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub. “İki sahil” xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir. Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm…

Read More
Gündəm 

Zəfərimiz qürur mənbəyimizdir

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində tarixi qəlbənin 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd etməkdədir. Torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsinə nail olduğumuz bu müharibənin hər günü hər bir azərbaycanlı üçün müqəddəsdir. Çünki bu ölüm-qalım savaşı Vətən torpaqlarının, qədim yurd yerlərimizin, dədə-baba ocaqlarımızın düşmən tapdağından xilası, milli şərəf və ləyaqətin bərpası uğrunda aparılırdı. Ona görə 8 Noyabr Zəfərinin milli tariximizdə, Azərbaycan xalqının qan yaddaşında xüsusi və əbədi yeri var. Bu tarixi qələbə ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun qələmə aldığı və…

Read More
Gündəm 

Köhnə siyasətin sönən sədaları

Təəssüflər olsun və ya əksinə xoşbəxtlikdən, bu, mübahisəli məsələdir, ancaq siyasət həyatımıza artıq elə daxil olub ki, ümumi informasiya kütləsinin içərisində siyasi xəbərlər ilə yalnız sarı şou-biznes xəbərləri müqayisə oluna bilər. Əlbəttə ki, mövcud vəziyyət təsadüfi deyil. Qlobal güclərin səyləri nəticəsində sosial mühəndislik vasitəsilə müasir insanın ictimai şüuru qalmaqallara elə alışdırılıb ki, “şayiə” və “qalmaqal” ictimai həyatımızın mütləq parçasına çevrilib. Odur ki, konkret siyasi hadisələri təhlil edən zaman qlobal tendensiyalar mütləq olaraq nəzərə alınmalıdır. Belə ki, məlumatlılıqda süni zəkaya artıq uduzan insan düşünməyi də tədricən ona həvalə etdiyi üçün yeni…

Read More