Cəmiyyət 

Qərarları tələsmədən və şüurlu şəkildə vermək daha məqsədəuyğundur – PSİXOLOQDAN AÇIQLAMA

İntuisiya insanın əvvəlki təcrübələrinin və qeyri-şüuri biliklərinin nəticəsi kimi formalaşır və bəzi hallarda, xüsusilə tanış situasiyalarda sürətli qərarvermədə faydalı ola bilər. Bu barədə psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yalnız intuisiya ilə qərar vermək risk daşıyır və bu zaman məntiqi düşüncə ilə balansın qorunması vacibdir. Daxili səsi dinləmək üçün sakit mühit və emosional sabitlik mühüm rol oynayır. Psixoloq qeyd edib ki, güclü qorxu və ya həyəcan halları intuisiya ilə qarışa bilər və bu da yanlış qərarların verilməsinə səbəb olur. Buna görə də qərarların tələsik deyil, şüurlu…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşübFOTO

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb. Musavat.com xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, rəhbər heyət hərbi qulluqçuların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, hərbi hissədə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara cavab verən bütün imkanlar mövcuddur. Müdafiə naziri şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün onların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə…

Read More
Cəmiyyət 

Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı – Bu gündən başlayır

Bu gün, 17 aprel tarixində Yer kürəsində güclü maqnit qasırğası başlayacaq. Musavat.com xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb. İndiyədək günəş küləyinin sürəti fon səviyyəsində qalırdı və geomaqnit aktivliyi sabit idi. Lakin bu gündən etibarən günəşdəki tac dəliyindən gələn yüksək sürətli axın planetimizə çatacaq. Bu, günəş küləyinin sürətini artıraraq G2 səviyyəli (mülayim) maqnit qasırğasına səbəb olacaq. Alimlərin bildirdiyinə görə, tac dəliyinin ölçüsü böyük olduğu üçün qasırğanın təsirinin aprelin 18-də də davam edəcəyi gözlənilir. Hazırda vəziyyətin tam olaraq nə vaxt normallaşacağı məlum deyil. G2 səviyyəli maqnit qasırğaları mülayim hesab…

Read More
Cəmiyyət 

Bakıdan Kürdəmirə ilk qatar yola düşdüFOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola salınıb. Musavat.com bildirir ki, aprelin 18-dən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək. Yeni marşrut üzrə qatar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatacaq ki, bu da bölgə ilə paytaxt arasında nəqliyyat əlaqələrinin daha da sürətlənməsi deməkdir. Məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı istiqamətləri üzrə hərəkət edən qatarlar, eləcə də həftəsonları və bayram günlərində təyin olunan Bakı–Ağstafa–Bakı reysləri bundan sonra Kürdəmir stansiyasında dayanacaq. Bilet satışına isə aprelin 17-dən start verilib. Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR

Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub. İcra başçısı Sahir Məmmədxanov əmr imzalayıb. İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri təyin olunub. O, bu təyinatadək həmin sektorda məsləhətçi işləyib. İcra başçısının digər əmrləri ilə Anjelika Qubatova Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi, Marina Sərdarova isə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə təyinat alıblar./oxu.az/

Read More
Gündəm 

Azərbaycan Ermənistandan bu məhsulları ala bilər

Bu ilin ilk aylarında Azərbaycan-Ermənistan iqtisadi münasibətlərində diqqətçəkən dinamika qeydə alınıb. Uzun illər davam edən siyasi gərginliyə baxmayaraq, iki ölkə arasında məhdud da olsa ticarət əməliyyatlarının həyata keçirilməsi maraq doğurur. Belə ki, mart ayında Azərbaycan Ermənistandan ilk dəfə olaraq idxal həyata keçirib. Bununla yanaşı, ilin ilk rübündə ixrac əməliyyatlarında da müəyyən göstəricilər formalaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac…

Read More
Cəmiyyət 

Sayt yaradan kim, qızla tanış olan kim, yuxuya gedən isə… Məşhur kitabxanada KİTAB kimi gün – REPORTAJ

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında bəlkə də 20 il əvvəl qrup yoldaşlarımızla olmuşduq. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri kimi kurs işi, diplom işi hazırlayarkən günümüz kitabxanada keçirdi. Kitabları, qəzetləri oxumadan, araşdırmadan bir addım belə ata bilməzdik. Saatlarla köhnə “qəzet podşivka”larının içində itib-batardıq. O zaman nə sosial media var idi, nə də indiki kimi informasiya bolluğu. Yeganə mənbə kitablar və qəzet nəşrləri idi. Kitabxanalar o dövrdə az qala məbədgah idi. Ən nüfuzlu insanlar – akademiklər, elm adamları – üz tutardı bura. Kitabın hörməti vardı. Zaman keçdikcə isə kitab…

Read More
Cəmiyyət 

Qeydiyyata alınmamış idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır – – VİDEO

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. “İki sahil” xəbər verir ki, bununla yanaşı, sosial şəbəkələr üzərindən qeydiyyatsız və qeyri-qanuni formada satış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları zəruridir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş və qida təhlükəsizliyi sahəsində tələblərə cavab verən idmançı qidaları və BAQM-lar Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Həmçinin, BAQM-ların emalına və dövriyyəsinə həmin məhsulların Agentlik tərəfindən qeydiyyatı aparıldıqdan sonra…

Read More
Gündəm 

Sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir – TƏHLİL

Dövlət siyasətinin mərkəzində vətəndaş amili və məmnunluğunun təmin edilməsi dayanır        Ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək üçün   genişmiqyaslı islahatlar həyata keçirilir, Dövlət proqramları qəbul edilir, müasir dövrün çağırışlarına uyğun olaraq  sosial xidmət təkmilləşdirilir, vətəndaş məmnunluğu təmin olunur. Bütün bunlar öz növbəsində Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi nüfuz qazanmasında, həmçinin beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, dayanıqlı inkişafın təmin edilməsində iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nə qədər mühüm rol oynadığını aydın şəkildə…

Read More