Cəbhədən Xəbər 

Altı məzar yerində insan qalıqlarının ekshumasiyasına dair pilot layihə planlaşdırılır

“Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair pilot layihə həyata keçiriləcək”. “Report”un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, hazırda Beynəlxalq…

Read More
Cəbhədən Xəbər 

Nazirlik rəsmisi: “Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib”

“I Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə basdırılmış həmvətənlərimizin sümük qalıqları bizə göndərilir. Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib”. “Report”un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib. “Həmin sümük qalıqları bizim əməkdaşlarımız tərəfindən araşdırılıb. Müəyyən olunub ki, onların içərisində 156 şəxsə aid sümük qalıqları…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib. “Report”un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb. Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Read More
Cəbhədən Xəbər 

Ermənistan I Qarabağ müharibəsində itkin düşənlərdən bir qisminin qarışıq meyit qalıqlarını təhvil verib

“Ermənistan üçtərəfli Bəyanatdan sonra I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib”. “Report”un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin…

Read More
Cəbhədən Xəbər 

Hərbi gücün, qətiyyətin daha bir təntənəsi

Avqustun 26-da Laçına qayıtdıq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürüldü. Bu münasibətilə Prezident İlham Əliyev rəsmi “Tviter” səhifəsində Laçınla bağlı paylaşım etdi: “Bu gün, avqustun 26-da biz- Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm”. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videokadrlarda isə Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olmasının görüntüləri əks…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə olunub – FOTO/VİDEO

Avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, toplantıda Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib. Müdafiə nazirinə məruzə olunub ki, Azərbaycan Ordusunda şəxsi heyətin təminat məsələlərinin yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir. Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb.…

Read More
Cəbhədən Xəbər 

Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir

30 avqust – Beynəlxalq İtkinlər Günüdür. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu səbəblə I Qarabağ müharibəsi, Xocalı soyqırımı və Vətən müharibəsi üzrə statistikanı açıqlayıb. Bildirilib ki, qurum Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı yaranmış humanitar böhranın nəticələrinin aradan qaldırılması məqsədilə 1993-cü ildə yaradılıb. Dövlət Komissiyası yarandığı vaxtdan etibarən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq edir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I…

Read More
Cəbhədən Xəbər 

Laçın şəhəri, Zabux və Sus kəndləri minalardan təmizlənir – FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.  

Read More
Cəbhədən Xəbər 

ANAMA: Azad olunan ərazilərdə daha 309 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

AMEA-nın elmi işçisi: “Bu, qələbəmizin növbəti mərhələsidir”

“Doğrudan da, sözlə ifadəsi mümkün olmayan hisslər keçirirəm. Laçın şəhəri, Sus və Zabux kəndlərinin nəzarətimizə keçməsi qələbəmizin növbəti mərhələsi oldu”. Bu fikirləri “Report”a açıqlamasında AMEA-nın elmi işçisi, fəlsəfə üzrə doktor, Laçının Zabux kəndindən olan Ağasəlim Həsənli deyib. “Ermənilər həmişə düşünürdülər ki, Laçın şəhərinin Azərbaycana qaytarılması mümkünsüzdür. Amma biz göstərdik ki, uğurlu diplomatiyamız nəticəsində bütün torpaqlarımızı ermənilərdən təmizləməyə qadirik. Laçın şəhərinin və sözügedən kəndlərin nəzarətimizə keçməsi ordumuzun qüdrəti və diplomatiyamızın məharəti nəticəsində mümkün oldu. 30 il bundan əvvəl Laçını atəş altında tərk etmişdik. Dağıntılar, itkilər hələ də gözümüzün qabağındadır. Bəlkə, ümidini…

Read More