Gündəm Manset Region Xəbərləri 

Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə  qurbanlıq ət payladı

Bu gün İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramıdı  Arantv.az xəbər verir ki, Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilovun  təşkilatçılığı ilə Bərdə rayonunda yaşayan şəhid ailələri, əlillər, qazilər,müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb. Qeyd edək ki, Qurban Bayramı münasibətilə ümumilikdə 85 nəfər  ailəyə qurban payı verilib. Verilən qurban payı böyük sevinclə qarşılayan hər bir ailə Sadiq Xəlilova minnətdarlıqlarını bildiriblər.

Read More
Gündəm Manset 

Bərdə rayon Gənclər və İdman İdarəsi media təmsilçilərini təbrik edib

Milli mətbuat günündə “Bərdə” qəzetinin keşmiş redaktoru Elbrus Məmmədovun nurlu xatirəsi yad olunub Hər ilin 22 iyulu ölkəmizdə Milli Mətbuat günü kimi qeyd olunur. Ənənəyə sadiq qalaraq Bərdə rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi bir qrup media təmsilçisi ilə görüş təşkil edib. Bərdə rayon Bələdiyyəsinin binasında keçirilmiş bayram tədbirində Media1.az-ın baş redaktoru Musa Muradlı , İTV-nin Qarabağ və Şərqi Zəngəzur üzrə müxbiri Şöhrət Eyvazov, Azərtacın Qarabağ üzrə bölgə müxbiri Tahir Ağaməmmədov, Arantv-nin təsisçisi Vüsal Bayramov, Bərdə qəzetinin baş redaktoru Salman İsmayılov, “Qaynarxətt.az”-ın baş redaktoru Rasim Məmmədov iştirak ediblər. ARANTV.AZ xəbər…

Read More
İdman Manset 

BƏRDƏ İDMANÇILARININ MÖHTƏŞƏM UĞURLARI!

iyun-02 iyul 2021-ci il tarixlərdə Ukraynanın Koblevo şəhərində Universal döyüş idman növü üzrə keçirilən,28 ölkədən 400 yaxın idmançının iştirak etdiyi Dünya Kuboku yarışında Azərbaycan yığma komandasının tərkibində Bərdə “Hərum” idman klubunun 3 nəfər idmançısı ( məşqçi,idman ustası Rəşad Ocaqverdiyev):Məmmədov Asəf Samir oğlu 66 kq,Paşazadə Rza Əli oğlu 66 kq və Abbaszadə Tağı Fəxri oğlu 73 kq çəki dərəcələrində III yeri tutaraq bürünc medallara layiq görülmüşlər. 05 iyulda Vətənə dönən idmançılarımız Heydər Əliyev adına beynəlxalq hava limanında yüksək səviyyədə qarşılanmışlar.Elə həmin gün qədim Bərdəmizə qayıdan idmançılarımıza şəhərin girəcəyində Gənclər və İdman…

Read More
Manset Region Xəbərləri 

Bərdədə çağırışçılar hərbi xidmətə təntənəli yola salındılar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti hərbi çağırışa Bərdə rayonu üzrə vətəndaşların Həqiqi Hərbi Xidmətə yola salınma mərasimi keçirilib. Tədbirdən öncə çağırışçılar rayon İcra Hakimiyyətininbaşçısı V.İsayev və hüquq –mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ümummilli Lider Heydər Əliyevin heykəli önünə tər gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Bərdə rayon İcra Hakimiyyətinin Başçısı V.İsayev, YAP rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə Bərdə rayon İcra…

Read More
Gündəm Manset 

Tarix yazan qalib Ordu – Leyla Məmmədova

Leyla Məmmədova: “Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi” “Bu il 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü fərqli ovqatda – qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdik. Sentyabrın 27-dən başlanan, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi”. Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir…

Read More
Manset Region Xəbərləri 

Bərdədə 26 İyun – Silahlı Qüvvələr Günü şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olunub

İyunun 26-da Bərdə Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə ölkə  Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş bərdəli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkilləri Fatma Yıldırım və Zahid Oruc, hüquq-mühafizə…

Read More
Manset 

Qubadlı təhsilinin inkişaf dinamikası günbəgün artmaqda davam edir

Ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə Qubadlı rayonu respublika üzrə II yerdə qərarlaşıb     Koronovirus pandemiyası dünya təhsil sistemində də təsirsiz ötüşmədi. Ölkədə bütün sahələrdə olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yerli təhsil müəssisələrinə vəziyyətə həssas yanaşılaraq tibbi-profilaktik tədbirlərin görülməsi ilə bağlı dərhal təlimat verildi.Valideynlər üçün tövsiyələr, “Təhsil müəssisələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər barədə təlimat” hazırlandı və tətbiq edildi. Vaxtında aparılan tədbirlər sanitar-gigiyenik vəziyyətin yaxşılaşmasına əhəmiyyətli təsir etdi və yoluxma halları demək olar ki, baş vermədi. İlk öncə ümumi təhsil pilləsində teledərslərin təşkili ilə…

Read More
Manset Region Xəbərləri 

Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbi dahi Nizami Gəncəvinin 880 illik yubleyi ilə əlaqədar tədbir keçirdi-VİDEO+FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması  və  Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlərin keçirilməsi davam edir. Bu münasibətlə Bərdə Regional Mədəniyyət idarəsi  Bərdə səhər 3 nömrəli usaq musiqi məktəbinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “Bütün şairlərdən öncə Nizami” adlı ədəbi-musiqili tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər vurğulayıblar ki, cari ilin “Nizami Gəncəvi…

Read More
Manset Region Xəbərləri 

Bərdədə DYP reyd keçirib, 25-dən çox sürücü cərimələnib-FOTOLAR

ARANTV.AZ-ın məlumatına görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) böləməsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Reydin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsiə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb. DYP əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər…

Read More
Manset 

Azərbaycan xalqının Qurtuluş Günü

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik…

Read More