Gündəm 

Taksi operatorlarına Hava limanından sərnişin götürməyə ancaq bu şərtlərlə icazə verəcəklər

Son günlər Hava limanı istiqamətində taksi ilə sərnişindaşımada yalnız dövlətə məxsus “Bakı taksi xidməti” şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi məlumatında deyilir ki, bu, sərnişinlərin rahatlığı üçün verilmiş qərardır: “Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar”. Qurumdan bildirilib ki, bu, bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. “Təəssüf ki, hələ də…

Read More
Gündəm 

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır

Dövlət başçısı İlham Əliyev «İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə» adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bir daha bildirdi ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər Hər ay, hər həftə Azərbaycan bu və ya digər mövzuda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ilə diqqətdədir. Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb. Bu ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan  oktyabr…

Read More
Gündəm 

Qərbi Azərbaycana qayıdanda… – İcmadan Tatoyana cavab

Milli Məclisin deputatı: Əgər Arman Tatoyanın özü də təşkilatımıza üzv olmaq üçün İcmamıza müraciət etsə… Qərbi Azərbaycan İcması tərəfindən Qərbi Azərbaycan sakinlərinin qeydiyyatının aparılması Ermənistanda bəzi dairələri təşvişə salıb. Hətta   bu günlərdə Ermənistan Respublikasının keçmiş hüquq müdafiəçisi Arman Tatoyan bildirib ki, Azərbaycan 100 mindən çox qondarma Qərbi azərbaycanlının Ermənistanda məskunlaşmaq üçün qeydiyyatını artıq başa çatdırdıqlarını və qeydiyyatın davam etdiyini rəsmən açıqlayıb: ”Azərbaycanda insanlar artıq Ermənistanda yaşamağa hazırlanır”. O, həmçinin bildirib ki, Qərbi Azərbaycan proqramının son məqsədi Ermənistanda demoqrafik mənzərənin kəskin şəkildə dəyişdirilməsi və Ermənistanın tamamilə zəbt edilməsidir. Yeri gəlmişkən, qeyd…

Read More
Gündəm 

Məktəbli gül buketləri bazarı qızışdırdı – kasıblar 20 manata, varlılar 150-yə… – Reportaj

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Sentyabrın 15-i yaxınlaşdıqca valideynlərin qayğıları artır. Məktəbli forması, çanta, dəftər-qələm, ayaqqabı və saysız-hesabsız xırdalıqlar… və nəhayət, ənənəyə çevrilmiş bir məsələ – birinci siniflərin məktəbə gül aparması.On illərdir davam edən bu adətə görə, şagirdlər müəllimlərinə ilk gün gül dəstəsi təqdim edirlər. Amma indi çantadan da bahalıya başa gələn buketlər valideynlərin cibini yandırır. Müsavat.com-un əməkdaşı Bakının bir neçə gül mağazasında və bazarlarında müşahidə aparıb. Gül salonlarının qarşısında artıq hərəkətlilik hiss olunur. Satıcıların dediyinə görə, ilk zəng günü yaxınlaşdıqca gecəyarısına qədər işləmək məcburiyyətində qalacaqlar. Ən ucuz…

Read More
Gündəm 

Məktəb də, tıxaclar da başlayır – 2030-a qədər…

Bakıda yeni tədris ili başlamadan sıxlıq və tıxaclar müşahidə olunur. Şəhərin bir çox əsas küçə və prospektlərində hərəkət dayanacaq həddinə çatır, sürücülər mənzil başına çatmaq üçün saatlarla yolda qalırlar. Sıxlıq həm şəxsi avtomobillərin, həm də ictimai nəqliyyatın hərəkətini xeyli çətinləşdirib. Məhz bu səbəbdən bir çox ölkələrdə tətbiq edilən məktəb avtobusları sistemi gündəlik hərəkətin yüngülləşdirilməsi üçün əsas həll yollarından biri kimi qəbul olunur. Azərbaycanda bu məsələ hələ planlaşdırma mərhələsində olsa da, Türkiyə və ABŞ-da məktəb avtobusları tıxacların azaldılmasında mühüm rol oynayır. Minlərlə şagirdin şəxsi avtomobillərlə məktəbə gətirilməsinin qarşısını alan bu təcrübə,…

Read More
Gündəm 

Azərbaycan sülh və quruculuq missiyasını uğurla həyata keçirir

Xocalının Xanyurdu, Ağdərə rayonunun Vəngli kəndlərinə növbəti köç karvanının yola salınması Böyük Qayıdış Proqramının uğurlu icrasının növbəti təqdimatıdır Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlər davamlılığı ilə diqqət çəkir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan Azərbaycan hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruluculq işləri ilə dünyanın diqqətindədir. Şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa işlərini öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz quruculuğun müasir təcrübəsini təqdim edir. Azərbaycan hər bir…

Read More
Gündəm 

“Gallup”un Zəngəzur əleyhinə təbliğatı – arxasında kimlər var…

ABŞ-də ən etibarlı məlumat mənbələrindən olan təşkilatın keçirdiyi sorğuya görə, ermənilərin əksəriyyəti Vaşinqton razılaşmalarının əleyhinədir, bu nəticələr niyə geniş şəkildə tirajlanır? Ermənistan vətəndaşlarının əksəriyyəti avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə mənfi münasibət bəsləyir. Erməni mediası “Gallup İnternational”ın sorğusunun nəticələrini  geniş şəkildə tirajlayır. “Yeni Müsavat” qeyd edir ki, sorğunun nəticələrini isə təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında açıqlayıb.  Sorğunun nəticələrinə görə, respondentlərin 22,8%-i bəyannaməni “tamamilə müsbət”, 19,3%-i isə “kifayət qədər müsbət” qiymətləndirib. Eyni zamanda 13,6%-in rəyi “kifayət qədər mənfi”, 34%-ki isə “tamamilə mənfi” olub. Daha 7%-i cavab verməkdə çətinlik…

Read More
Gündəm 

Qərbin küt baltası – Alyaskada Putinə “thanks” deyən Tramp artıq “sanks…” deyir

Avropa İttifaqının sanksiyalar məsələləri üzrə nümayəndəsi Devid O’Sallivanın başçılıq etdiyi nümayəndə heyəti dünən Vaşinqtonda ABŞ rəsmiləri ilə danışıqlar aparıb. Danışıqların əsas məqsədi Rusiyaya qarşı sanksiyaların tətbiqi üzrə səyləri əlaqələndirməkdir. Nümayəndə heyəti Vaşinqtona ABŞ prezidenti Donald Trampın Rusiya əleyhinə sanksiyaların “ikinci mərhələsi”nə hazır olduğunu bəyan etməsindən sonra gəlib. Trampın sözü Aİ rəhbərliyi üçün siqnal olub. Görünür, Trampın öz bəyanatlarında nə qədər dəyişkən olduğunu xatırlayan avropalılar onu dilindən tutmaq, fürsəti qaçırmamaq qərarına gəlib və bu üzdən Vaşinqtona tələsiblər. Çünki üstündən bir həftə keçsə, Tramp fikrini, sözünü dəyişə, “alternativ yollar” barədə düşünə bilərdi.…

Read More
Gündəm 

Bakıda həbsdə olan rusiyalılarla bağlı müzakirələr

Gərginlik nə qədər davam edəcək? Son günlər Bakıda saxlanılan və barələrində cinayət işi açılmış 13 Rusiya vətəndaşı ilə bağlı müzakirələr artıb. Həftəsonu belə bir xəbər də yayılıb ki, Rusiya gərgin münasibətlərin sonlandırılması üçün Bakıdakı rusların azadlığını şərt kimi irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyi isə bəyanat verərək bu iddiaları təkzib edib.   “Rusiya XİN mətbuat katibi bu ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbsinin guya Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə səbəb olduğunu iddia edib və münasibətlərin yaxşılaşması üçün onların azadlığa buraxılmasını şərt kimi irəli sürüb. Mətbuat katibi elə söz deməyib.  Bu il…

Read More
Gündəm 

Siyasi reanimasiya

Zaman keçdikcə və müxtəlif hadisələr yaşandıqca daha çox anlayırsan ki, informasiya bolluğu və sosial şəbəkə “azğınlığı” tüğyan edən bir dövrdə siyasi maarifçiliyə zərurət heç zaman olmadığı qədər böyükdür. Ölkənin uğurları və artan beynəlxalq nüfuzu, habelə qütbləşmə ilə bağlı dünyada müşahidə olunan müxtəlif tendensiyalar fonunda daxili sabitlik və həmrəylik mühiti daim kimlərinsə hədəfində olacaqdır. Hər bir vətəndaş şəxsi siyasi simpatiyalarının məzmunundan asılı olmayaraq bilməlidir ki, ölkənin daxili məsələlərinə xaricdən müdaxilə etmə cəhdləri ilk növbədə siyasi partiyalar vasitəsilə aparılır. Məhz qeyd olunan obyektiv həqiqət səbəbindən xarici qüvvələr, eləcə də siyasi alver ilə…

Read More