Region Xəbərləri 

Azərbaycanın prinsipial və ədalətli mövqeyi

Son günlərdə Ermənistan hakimiyyətinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırdığı müşahidə olunmaqdadır. Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Tovuz döyüşləri zamanı olduğu kimi Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Bütün bunlar artıq Vətən müharibəsinin başlanması üçün ilk addımlar, qığılcımlar idi. Və Ermənistan bilmirdi ki, törətdikləri bu təxribat özlərinin məğlubiyyəti…

Read More
Region Xəbərləri 

Talalar kəndində növbəti səyyar qəbul keçirilib

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev avqustun 17-də Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Telman Poladov fərdi yaşayış evinin arxasından keçən çay yatağının təmizlənməsinə, Könül Məmmədova internet və telefon xidmətlərinin göstərilməsi üçün qurulan daxili xətt şəbəkəsinin yaşadığı ərazi üzrə tam əhatə olunmasına, İslambəy Şahverdiyev “Çimənlik” adlanan ərazidə…

Read More
Bölgə Region Xəbərləri Təhsil 

Bərdədə şagirdlər dərs ilinə hazırlaşır, 1 saylı orta məktəb necə? -FOTO

Yeni tədris ilinin başlanmasına az qalıb. Şagirdlər və valideynlər dərs ilinə hazırlaşırlar. Məktəbli forması, ayaqqabı, iş dəftərləri, karandaş, qələm – əksəriyyəti hazırdır. Bəs dərs ilinə hazır şagirdləri qarşılayacaq məktəb binası necə, yeni dərs ilinə hazırdırmı? Həmişə olduğu kimi valideynləri təkcə orta məktəbə yollayacağı övladlarına geyim, dərs ləvazimatları almaq məsələsi qayğılandırmır, onların təhsil aldıqı orta məktəbin vəziyəti və sanitar vəziyyəti ilə də bağlı narahatdırlar. Axı heç də məktəbin qəzalı vəziyyəti və sanitar qovşağı qənaətbəxş deyil. Buranın sinif otaqlarında ayaq basıb gəzmək belə təhlükəlidir. Bütün döşəmələri çürüyüb, sinif otaqlarının partaları, qapı və…

Read More
Region Xəbərləri 

Tərtərin Talış kəndində 30 ildən sonra ilk körpə dünyaya gəlib

Tərtərin işğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra körpə dünyaya gəlib. Bu barədə “Report”a Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, Camalovların ailəsində dünyaya gələn körpəyə Zəhra adı verilib. İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarının sevincinə səbəb olub. Xatırladaq ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb, kənddə hazırda 20 ailə yaşayır.

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatında “Heydər Əliyev il” çərçivəsində “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə “Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.

10 avqust 2023-cü il tarixdə YAP Bərdə rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektoru birgə təşkilatçılığı ilə “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə “Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir. Dövlət gənclər siyasətindən irəli gələn tədbirlərdə göstərdiyi fəallığa görə bir qrup gənc Qarabağ Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə mükafatlandırılmışlar.

Read More
Region Xəbərləri 

Bərdədə kənd təsərrüfatı məhsullarının istehsalı 21,2 faiz artıb

2023-cü ilin yanvar-iyun aylarında Bərdə rayonunda 232 milyon 733 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, onun 130 milyon 830,9 min manatı və ya 56,2 faizi bitkiçiliyin, 101 milyon 902,1 min manatı və ya 48,3 faizi heyvandarlığın payına düşür. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 21,2 faiz artıb. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Bərdə Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 55 min 040,9 hektar…

Read More
Region Xəbərləri 

Bərdədə 78 min 270 ton məhsul tədarük edilib

Taxıl biçinini başa çatdıran Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri zəmilərdən 78 min 270 ton məhsul əldə ediblər. Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 13 min 193 hektar buğda sahəsindən 60 min 385 ton, 4289 hektar arpa sahəsindən 17 min 885 ton məhsul istehsal edilib. Hər hektarın orta məhsuldarlığı buğda üzrə 45,8 sentner, arpa üzrə isə 41,7 sentnerdir. Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.

Read More
Region Xəbərləri 

Bu rayonlar üçün HƏYƏCAN TƏBİLİ ÇALINDI – Ciddi təhlükə var

Yuxarı Qarabağ kanalında baş verən texniki problemlər nəticəsində yaranmış su daşmaları ətraf ərazilərdə ciddi fəsadlar meydana çıxarıb. Bir çox mütəxəsislər bu kanalda baş verə biləcək hər hansısa ciddi nasazlığın ətrafda yerləşən 11 rayonu təhlükə altında qoya biləcəyini bildirir. Mövzu ilə bağlı AMEA-nın Coğrafiya institutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a danışıb. “Yuxarı Qarabağ kanalında baş verən daşma kanalın artıq istifadəyə yararsız olması ilə bağlıdır. Azərbaycanın suvarma sistemlərinin infrastrukturu olduqca bərbad vəziyyətdədir. Buna əsas səbəb isə kanalların köhnəlməsidir. Bu vəziyyət təkcə Yuxarı Qarabağ kanalında deyil, bir çox suvarma kanallarında da özünü göstərir.…

Read More
Region Xəbərləri 

Seçim vaxtıdır!

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan diplomatik uğurları tarixi həqiqətlərə, real faktlara əsaslanır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında diplomatik üstünlüyümüz, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu xüsusi yer tutdu. Ədalətə və beynəlxalq hüquqa söykənən Azərbaycanın istər 30 illik işğal, istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə əsas çağırışlarından biri dünyanın ikili standartlara əsaslanan siyasətə son qoyub beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsidir. Bu məqamı da…

Read More