Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Alpout kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Alpout kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, suvarma arxının lildən təmizlənməsi, kəndin elektrik şəbəkəsinin yenidən kabelləşməsi, kənddə…

Read More
Region Xəbərləri 

Bərdəlilərin seçimi bəllidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Nazırlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov Azərbaycan xalqının növbəti seçki ərəfəsində olduğunu deyib: “Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP fəal iştirak edir”. Təşkilatın sədr müavini yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını da diqqətə çatdırıb. Bələdiyyə üzvlüyünə namizədlər Nəzakət Abışova, Əlif Əhmədli, Məhəmməd Fərzəliyev, Qənirə Məmmədova çıxışlarında YAP-ın xalqın…

Read More
Region Xəbərləri 

Xankəndidə 20 yanvar faciəsinin qurbanları anıldı Foto

Bu gün Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Öncə himnimiz səslənib, sonra isə 20 yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O, çıxışında bildirib ki, 35 il keçsə də törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi, 8 noyabr tarixində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ildən…

Read More
Region Xəbərləri 

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub   Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Kia” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Ş.Mustafayevə “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb. Ş.Mustafayev barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq olunub.

Read More
Region Xəbərləri 

İnam sarsılmazdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Yeni Daşkənd və Otuzikilər bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib. YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov çıxış edərək Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə böyük əzmlə getdiyini, bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını bildirib. O qeyd edib ki, zamanın tələbi və xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası hər zaman xalqımıza, dövlətimizə böyük qələbələr qazandırıb. Bələdiyyə üzvlüyünə namizədlər Qürbət Nuriyev, Arif Qasımov, Sahib Salahov, Habil Şirinov, Ramiz Qurbanov, Kamandar…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon seçki qərargahında Bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın yerli müşahidəçiləri ilə treninq keçirilib.

Azərbaycan Respublikasında 2025-ci ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YAP Bərdə rayon seçki qərargahında Bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın yerli muşahidəçiləri ilə treninq keçirilib. Treninqdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Treninqdə YAP Bərdə rayon təşkilatının qərargah üzvü Nurayə Məmmədova çıxış edərək bələdiyyə seçkilərinə hazırlıq barədə məlumat verib, hər zamankı kimi Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək fəallıqla hazırlaşdığını vurğulayıb. Treninqdə qərargah üzvü Lətifə Yusibova və səlahiyyətli nümayəndə Aysel Verdiyevanın iştirakı…

Read More
Region Xəbərləri 

Tariximizin qəhrəmanlıq səhifəsi

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Tariximizin hüzn və şərəf səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 35 il ötür. Arxada qalan hər il faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbəyə çevrilir. Qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verdilər. Vaxtilə bu qanlı hadisələri böyük kədərlə qeyd edirdiksə, bu gün bununla bərabər qəlbinizdə qürur hissi də yaşanır. Artıq dörd ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz dünya hərb tarixinə yeni səhifə yazıb. Dünyaya səs…

Read More
Region Xəbərləri 

Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb-VİDEO

Bərdə Rayon Polis Şöbəsinə rayon sakini Əli Məmmədovun 1500 manat müqabilində “Makarov” markalı tapança satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində Ə.Məmmədov saxlanılıb. Ondan “Revolver” və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.   Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Yeni Azərbaycan reallıqları…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Lənbəran və Mirzəxan-Qaraqoyunlu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib. Görüşlərdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti ilə Azərbaycanın regionda və dünyada nüfuzu daha da artıb. Təşkilat sədri çıxışında müzəffər Liderimizin Azərbaycana hər sahədə qazandırdığı uğurların xalqımızın gələcəyə olan inamını və qürurunu…

Read More