Cocuq Mərcanlıda Qurban bayramı qeyd olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib. ARANTV.AZ-ın məlumatına görə, Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub. “Mən bu gün burada bir daha əmin oldum ki, vətən torpağının azadlığı,…

Daha çox ..

Lerikdə 510 ailəyə bayram sovqatı paylanılıb

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı ölkəmizin bütün regionlarında olduğu kimi, Lerikdə də yüksək əhval-ruhiyyə ilə qeyd olunub. ARANTV.AZ  xəbər verir ki, şəhərin mərkəzi meydanında keçirilən tədbirdə idarə, təşkilat və müəssisələrin rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bayramla əlaqədar ölkəmizin hər yerində Allah yolunda qurbanların kəsildiyini vurğulayan…

Daha çox ..

Cəlilabadlılar Qurban bayramını yüksək əhval-ruhiyyə ilə qarşılayıblar

Qurban bayramı Cəlilabad şəhərində də yüksək əhval-ruhiyyə ilə qeyd edilib. ARANTV.AZ  xəbər verir ki, bayramla bağlı keçirilən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimyyətinin başçısı Namiq Zeynalov qeyd edib ki, müsəlman aləminin ən gözəl bayramlardan biri Qurban bayramıdır. Bu bayramla əlaqədar rayonda təşkil edilən mərasimlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da firavan və…

Daha çox ..

Yevlaxda Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Yevlax rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd olunub. ARANTV.AZ xəbər verir ki, Yevlax şəhər cümə məscidində bayram namazı qılınıb. Mərasimdə bayramın fəzilətlərindən danışılıb, ölkəmizin sülh və əminamanlıq şəraitində olması və xalqımızın firavanlığı naminə dualar oxunub. Qurbanlıq üçün seçilmiş iri…

Daha çox ..

Bu günün fidan balaları sabahın qurucularıdır

ARANTV.AZ  xəbər verir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox diqqət yetirilən sahələrdən biri də gənc nəslin təlim-tərbiyəsi olmuşdur. Son illər ölkəmizdə mövcud olan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yarıdan çoxu yenilənmiş, ən ucqar kəndlərdə müasir uşaq bağçaları tikilərək istifadəyə verilmişdir. Bu istiqamətdə Qazax rayonunda son iki ildə onlarca uşaq bağçası yenidən qurulmuşdur. Bu məktəbəqədər uşaq…

Daha çox ..

İcra başçısı uşaq evində olan körpələrin bayramını təbrik edib

ARANTV.AZ xəbər verir ki, fəaliyyətə başladığı ilk gündən körpə balalara olan sevgisi, qayğısı ilə insanların qəlbində özünə əbədi yer qazanmış Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun uşaqlara olan diqqəti hər kəsə yaxşı məlumdur. Rayon rəhbərinin uşaqlara olan diqqət və qayğısını istər təhsil, istərsə də digər sahələrdə aydın şəkildə görmək olar. Hər görüşündə, hər çıxışında…

Daha çox ..

Qurban bayramı mənəvi birlik rəmzidir

ARANTV.AZ xəbər verir ki, xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir. Qurban bayramı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının ən böyük mənəvi dəyərlərindən hesab etdiyi İslam dininin müqəddəs bayramlarından biridir. Əsrlər boyu xalqımız Qurban bayramını…

Daha çox ..

Tovuzda Qurban bayramı münasibəti ilə bayram sovqatları paylanıldı

ARANTV.AZ  xəbər verir ki, bütün müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Tovuz rayon İcra Hakimiyyəti şəhid ailələri,  Qarabağ müharibəsi  əlillərinə və aztəminatlı ailələrə yerlərdə bayram sovqatı vermişdir. Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu…

Daha çox ..

Qubada təşkil olunan yarmarkalara 2 min başdan çox xırdabuynuzlu çıxarılıb

Qurban bayramı ilə əlaqədar Qubada təşkil olunan diri heyvanların satış yarmarkasına iki gün ərzində 2 min başdan çox xırdabuynuzlu çıxarılıb. ARANTV.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən yarmarkada satışa çıxarılan heyvanların qiymətləri digər satış mərkəzləri ilə müqayisədə 20-30 faiz ucuzdur. Alıcılar diri heyvanlarla yanaşı, kiloqramı 11 manata təklif olunan kəsilmiş və doğranmış…

Daha çox ..

Ağstafada Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi qeyd olundu

ARANTV.AZ xəbər verir ki, ötən gün Ağstafada Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Ağstafa regional şöbəsinin əməkdaşları, eləcə də rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak edirdilər.  İlk öncə tədbir iştirakçıları Heydər Əliyev…

Daha çox ..