Region Xəbərləri 

Cəlilabadlılar Qurban bayramını yüksək əhval-ruhiyyə ilə qarşılayıblar

Qurban bayramı Cəlilabad şəhərində də yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

ARANTV.AZ  xəbər verir ki, bayramla bağlı keçirilən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimyyətinin başçısı Namiq Zeynalov qeyd edib ki, müsəlman aləminin ən gözəl bayramlardan biri Qurban bayramıdır. Bu bayramla əlaqədar rayonda təşkil edilən mərasimlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da firavan və əmin-amanlıqla yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edilir.

Digər çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin qorunması sahəsində görülən işlərdən danışaraq Azərbaycanın bütün dünyada tolerant ölkə kimi tanınmasında misilsiz xidmətləri olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra dualar oxunub və qurbanlar kəsilib.azərtac

Daha çox xəbərlər