Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Hacılı kəndində səyyar qəbul-görüşü keçirildi

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Hacılı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi. Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kəndin ərazisində 40 hektar sahədə pay torpaqlarının yay aylarında suvarılmasında çətinlik olduğu üçün 1 ədəd subartezian quyusunun qazılması, əkinə yararlı torpaq sahəsinin ayrılması,…

Read More
Region Xəbərləri 

Cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazanacaq

Bərdə rayonunda seçicilərlə görüş keçirilib 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Bərdə rayonunda günün birinci yarısında YAP rayon təşkilatının qərargahında şəhid ailələri, qazi və müharibə iştirakçıları, ziyalılar və ağsaqqal seçicilərlə, günün ikinci yarısında isə Böyük Göyüşlü kəndinin seçiciləri ilə görüş keçirilib. Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, təşviqat qrupunun üzvü Qasım Hacıyev, şəhid  anası İsbət Hətəmova, şəhid anası Mehparə Qəribova, müharibə veteranları…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Bərdə rayonunda ilk dəfə səs verən gənc seçicilərlə görüş keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, təbliğat qrupunun üzvləri şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, Qasım Hacıyev, Yaşar Zamanov, Məhərrəm Şəfiyev, Aqşin Hacızadə, Elçin Cəfərli, Kəmalə Rəfibəyli və başqaları çıxış ediblər.…

Read More
Region Xəbərləri 

Başsağlığı

Bərdə şəhər Heydər Əliyev adına Park Bulvar kompleksinin müdiri Şamil Behbudovun yaxın qohumu Şükürov Ramiz Qamboy oğlu haqq dünyasına qovuşub. ARANTV.AZ-ın kollektivi Şükürov Ramizin vəfatından kədərləndiyini bildirir, mərhumun qohumu Şamil Beybudova və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”.

Read More
Region Xəbərləri 

1993- cür ildən başlanan böyük inkişaf yolunun təqdimatı

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi dünənimiz, bu günümüz və gələcək ilə bağlı dolğun məlumatların əldə olunması üçün zəngin mənbədir. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra müsahibələrinə, çıxışlarına diqqət yetirsək hər birində bu gün dünyaya qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət yönəldilir. Dövlət başçısının çıxışlarında daim bu mühüm məqam xüsusi vurğulanır ki, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin üzə çıxan anı oldu: Kimin şərin, təcavüzkarın, kimin isə haqqın, ədalətin yanında olduğu aydın göründü. Hər zaman bir…

Read More
Region Xəbərləri 

Seçkilər bir dövrə yekun vurur

Azərbaycan XXI əsrə böyük bir problemlə daxil oldu. Bu Qarabağ problemi idi . Azərbaycan dövləti bütün dünyaya səs salan 44 günlük Vətən müharibəsi ilə bu problemi qismən həll etdi . 2023-cü il sentyabrın 19-da dövlətimiz ikinci dəfə torpaqlarımızın tam təmizlənməsi üçün antiterror əməliyyatı keçirdi. Dəqiq hazırlanmış plan çox uğurlu oldu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 200 ildən artıq bir zamanda buna bənzər hadisə , belə bir Zəfər yaşanmamışdı. Artıq Azərbaycan öz ərazisinin tam sahibi idi. Bu xalqımızın, dövlətimizin, şanlı ordumuzun, vətən uğrunda canlarından keçən əsgər və…

Read More
Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin başçısının rayonun Qasımbəyli kəndində səyyar qəbul-görüşü keçirildi

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Qasımbəyli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verdi. Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin kənddə subartezian quyusuna xidmət edən elektrik güc transformatorunun texniki normaya gətirilməsi, içməli su şəbəkəsinin müxtəlif hissələrində su borularında yaranmış nasazlığın aradan qaldırılması, Muğanlı…

Read More
Region Xəbərləri 

Vətənə bağlılığın təcəssümü

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti qədəm qoyduğumuz ildə görüləcək işlərin anonsu kimi dəyərləndirilir. 2023-cü il Azərbaycan tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu il kimi yazıldı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik…

Read More
Region Xəbərləri 

Bərdədə 44 günlük Vətən müharibəsi şəhidinin doğum günü mərasimi keçirilmişdir

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Qurbanov Rəcəb Elşən oğlunun doğum günü münasibətilə xatirəsi yad olunmuş, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür. Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər. Mərasimdə çıxış edənlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük haqq savaşında əldə etdiyi uğurlardan, eyni zamanda sentyabrın 19-20-də Qarabağda aparılan “antiterror əməliyyatları”nda ölkəmizin suverenliyinin tam şəkildə bərpa edilməsindən söz açılmışdır. Qeyd edək ki, çavuş Qurbanov…

Read More