Prezident İlham Əliyev: Müasir Azərbaycan Dövlətçiliyinin Memarı, Qalib Lider və Qlobal Səviyyəli Siyasi Şəxsiyyət
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli və ardıcıl fəaliyyəti müasir Azərbaycan tarixinin ən əhatəli inkişaf mərhələsini təşkil edir. Bu mərhələ milli müstəqilliyin möhkəmləndirilməsi, dövlət suverenliyinin tam bərpası, ərazi bütövlüyünün təmin edilməsi, güclü iqtisadi potensialın formalaşdırılması, beynəlxalq nüfuzun yüksəldilməsi və vətəndaş rifahının davamlı şəkildə artırılması ilə xarakterizə olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regional liderlikdən qlobal təşəbbüskarlığa doğru irəliləyən, milli maraqlara söykənən müasir dövlətçilik modeli qurmuşdur.2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezident seçkiləri ölkənin siyasi tarixində yeni reallıqların hüquqi-siyasi təsdiqi olmuşdur. İlk dəfə olaraq seçkilərin ölkənin bütün ərazilərində,…
Read More