YAP Bərdə rayon təşkilatı Aparatının kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə qazi və şəhid ailələrini ziyarət edib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi ilə birlikdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə şəhid polkovnik -leytenant Mehman Qənbərov, Nofəl Əlizadə və Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun ailələri ilə görüşüb.
Görüşlərdə təşkilatın sədri Faqət Şadlinskaya 20 Yanvar tarixinin xalqımızın azadlığı üçün dərin hüzn və şərəf tarixi olduğunu bildirmiş, müstəqilliyimizin əldə edilməsi yolunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsinin əbədilşdirilməsi ilə bağlı Ulu öndər Heydər Əliyevin atdığı addımlardan danışmışdır. Bildirmişdir ki, bugün Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında suverenliyi bərpa edilmiş Azərbaycan dövləti və xalqı bu faciəni unutmur, azadlığımız, müstəqilliyimiz, suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsini dərin hüzn və ehtiramla yad edir.
YAP rayon təşkilatı ailələrin problem və çətinlikləri ilə maraqlanib, onlara dəstək olmağa çalışıblar.
Qazi və şəhid ailələri göstərilən diqqət və qayğıya görə Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.







