Region Xəbərləri 

Bu gün Bərdədə “dövlət qulluqçularının etik davranışı” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın “Fəaliyyət Planı”nın 8.10.1 tapşırığının (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) icrası ilə əlaqədar Bərdə rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına hər il olduğu kimi cari ildə də Bərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aparatın inzibati binasında 22.11.2023-cü il tarixində “dövlət qulluqçularının etik davranışı” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri,…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdur

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonun ədliyyə işçiləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətə öz dərin hörmət və ehtiramlarını bildirmişlər. Sonra Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında nümayiş olunan eksponatlara baxış keçirilib.

Read More
Region Xəbərləri 

Azərbaycan –İraq münasibətləri

İraq –ölkəmizlə qədim tarixə malik adət -ənənələri dostluq münasibətləri olan dövlətdir. Mehriban dostluq münasibətlərinə bizi birləşdirən din və mədəni əlaqələri əlavə etsək daha doğru olar. Azərbaycanlı alimlərin əksəriyyəti İraqda təhsil alıb. Azərbaycan SSR-nin tərkibində olduğu dövrdə belə yaşadığımız çətinliklərə baxmayaraq Azərbaycanın din xadimləri İraqdakı müqəddəs torpaqları ziyarət ediblər. İraq dövləti torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğala məruz qalıb düşmən tapdağında olduğu dövrdə də ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Ölkəmizlə İraq Respublikası arasında diplomatik ikitərəfli münasibətlər 30 mart 1992 –ci ildə qurulmuşdur. İraq Respublikası ölkəmizin müstəqilliyini 1992-ci ilin yanvar ayının 2-dən tanıyır.…

Read More
Region Xəbərləri 

Vətənə sevgi, xalqa xidmət ruhu

Aydın İSLAMZADƏ, Bakı Dövlət Universitetinin tələbəsi Dövlət elə bir nəsil formalaşdırmalıdır ki, gələcəyini ona etibar edə bilsin. Azərbaycanda da dövlət gənclər siyasəti bu təməllər üzərində qurulmuşdur. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra dövlətin diqqət yetirdiyi sahələrdən biri də gənclər siyasəti oldu. Ümummilli Lider gənc nəslin inkişafı üçün mühüm addımlar atdı. 1993-cü il sentyabrın 22-də hələ Ali Sovetin Sədri olarkən gənclərlə görüşdü, onlara inam və etibarını bildirdi, ölkənin inkişafında fəal iştirak etməli olduqlarını qeyd etdi. Heydər Əliyevin gənclərlə növbəti görüşü 1995-ci ilin…

Read More
Region Xəbərləri 

Gənc nəsil bilməlidir…

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə doğruldan Yeni Azərbaycan Partiyası 31 ildə sadiq qaldığı siyasəti ilə milyonların partiyası olduğunu sübut etdi. Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış qüdrətli təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi. Yeni Azərbaycan Partiyasının 31 ildə keçdiyi inkişaf yolundan bəhs etmək hər birimiz üçün böyük qürurdur. Azərbaycanın bu…

Read More
Region Xəbərləri 

Bərdədə Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir təşkil edilib.

Noyabrın 20-də Bərdə Rayon Qeydiyyat İdarəsinin təşkilatçılığı ilə Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir təşkil edilib. Bərdə rayon Heydər Əliyev mərkəzində keçirilən tədbiri giriş nitqi ilə Bərdə rayon Qeydiyyat İdarəsinin rəisi, Kiçik ədliyyə müşaviri Nəriman İsmayılov açıb. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Azərbaycan xalqının ümummilli lideri unudulmaz şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bərdə rayon Qeydiyyat İdarəsinin rəisi, Kiçik ədliyyə müşaviri Nəriman İsmayılov bildirib ki, Azərbaycan ədliyyəsi uzun və şərəfli bir yol keçib. Əsası 1918-ci ilədə qoyulan Ədliyyə nazirliyi Azərbaycan…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyini Partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin abidəsi önündə qeyd etdi.

Öncə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın ilk üzvləri, fəalları, gənclər və partiyaya yeni üzvlüyə qəbul olunan şəhid anaları, ailələri birlikdə Yeni Azərbaycan Partiyasının yaradıcısı və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra Ulu öndər Heydər Əliyevin və suverenliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ulu öndər Heydər Əliyevin abidəsi önündə keçirilən tədbiri açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının…

Read More
Region Xəbərləri 

Tarixi zərurət və atılan düzgün addım

Ölkəmiz 1991-cı ildə yenidən müstəqillik qazansa da onun başı üzərindən qara buludar çəkilməmişdi. Bir tərəfdən o vaxtkı hakimiyyətin yarıtmaz idarəçiliyi, digər tərəfdən Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, həmçinin özbaşınalıq, vəzifə uğrunda mübarizə, vətəndaş müharibəsi Azərbaycanı çıxılmaz duruma salmışdı. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan xalqının məsuliyyətli addımı və doğru qərar qəbul etməsi tarixi bir zərurət idi. Məhz bu zaman Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə bütün xalqın arzu və istəklərinin ifadəsi olaraq, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya…

Read More
Region Xəbərləri 

İgidlər diyarı, dirçəlişin mübarək!

Nə qədər incisən, küssən də yenə Dur aç qollarını, gəlirəm Ağdam! Dizin-dizin sürünəcəm qoynuna, Sənə sarılmaqçün ölürəm, Ağdam! 20 noyabr 2020-ci il. İllər sonra Ağdamla açılan ilk səhərimiz oldu. Uzun çəkən ayrılığın son dəqiqələri idi. Cənab Ali Baş Komandanımız bizə həmin səhər illərdir gözlədiyimiz sevincli xəbəri verdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.” Göz yaşları ilə izlədik bu xəbəri. İllər boyu çəkdiyimiz həsrətin göz yaşları idi bu yaşlar. Qarabağın gözü olan Ağdam artıq azad idi. Ağdam işğaldan azad olunduqdan sonra bir neçə dəfə doğma vətənimi…

Read More
Region Xəbərləri 

Ədliyyə işçilərinin həyatımızda rolu.

Hər peşənin öz çətinliyi və məsuliyyəti var.İstənilən peşəyə sahib olan şəxs  işini layiqincə yerinə yetirməli və öhdəsindən gəlməyi bacarmalıdır.Ədliyyə işçilərinin də sahib olduqları peşə məsuliyyətli və şərəfli peşələrdən biridir.Çünki,bu şəxslər sayəsində insanların hüquq ,azadlıqları qorunur.Onların şərəf və ləyaqətinə hörmətlə yanaşılması təmin edilir.Məhz buna görə  Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə  böyük diqqət  göstərmişdir.Böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq…

Read More