Region Xəbərləri 

Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində MDB Dövlət Başçıları Şurası önəmli əhəmiyyətə malikdir. Qeyd edək ki, 12-13 oktyabr 2023-cü il tarixlərində Prezident İlham Əliyevin qardaş Qırğızıstana rəsmi səfəri, orada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün baş tutması, daha sonra cənab Putinin şəxsi dəvəti ilə Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycanın bütün beynəlxalq prinsiplərə hörmətinin və qlobal təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir. MDB Dövlət Başçıları Şurasının iclasında diqqət yetirilən əsas məsələlərdən biri də Birliyin…

Read More
Region Xəbərləri 

Füzulinin yeni siması göz oxşayır

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə, o cümlədən Füzuli rayonunda da böyük quruculuq işləri aparılır. Prezident İlham Əliyevin şəxsi nəzarəti, tövsiyə və tapşırıqları istiqamətində rayonda işğaldan sonra yeni inkişaf dövrünə qədəm qoyulub. Ötən dövr ərzində, cənab Prezidentin Füzuli rayonuna səkkiz dəfə səfəri olub. Hər səfər çərçivəsində yeni-yeni layihələrin əsası qoyulub, tikintisi başa çatdırılmış sosial obyektlərin açılış mərasimləri həyata keçirilib. Prezident İlham Əliyevin Füzuliyə səfərləri çərçivəsində 16.11.2020-ci tarixdə Füzuli şəhərində Azərbaycan bayrağı ucaldılıb, Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyulub, 14.01.2021-ci il tarixdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa…

Read More
Region Xəbərləri 

Bu gün Füzulinin işğaldan azad edilməsindən 3 il ötür

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarının ilk günlərində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olundu. Oktyabrın 17-də, döyüşlərin 21-ci günündə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri erməni işğalından azad edildi. Füzuli uğrunda gedən və qalibiyyətlə bitən döyüşlər ordumuzun döyüş bacarığının, şəhid və qazilərimizin fədakarlığının nəticəsidir. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin, bu mühüm qələbədə payı olanların şücaət…

Read More
Region Xəbərləri 

Ərəblər kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Ərəblər kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, kənddaxili 3 km yollar qum-çınqılla əsaslı təmir edilib, kənddə köhnə məktəbə yaxın hissədə yeni 96 yerlik modul tipli müasir məktəb tikilmiş, kənddaxili 10 km…

Read More
Bölgə Region Xəbərləri 

15 oktyabr 2023-cü il tarixi bir gündür.

15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirmǝyǝ başlayan Dövlət başçısı qarşısına bir nömrəli…

Read More
Region Xəbərləri 

İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrimiz dərinləşir

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir”    Bu sözlərlə cənab Prezident  İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin Azərbaycan üçün önəmli və əhəmiyyətli olmasını   nə dərəcədə vacib ,əhəmiyyətli bir məqam olduğunu diqqətə çatdırıb. Bidiyimiz kimi oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.  Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı,…

Read More
Region Xəbərləri 

Bu iyirmi ilin tamamı cənab Prezidentin yaratdığı sözlə əməl birliyinin, xalqla iqtidar möhkəmliyinin pozulmaz təqdimatı oldu!

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya: 2003-cü ilin 15 oktyabr tarixindən bizləri 20 illik zaman ayırır. Bu tarix, Azərbaycanın həyatında növbəti dövrün, Böyük yolun davamının başlanğıcı oldu. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən və andiçmə mərasimində qarşıda dayanan vəzifələri açıqlayan dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin…

Read More
Region Xəbərləri Təhsil 

Tarixi QƏLƏBƏ qeyd olunub+Fotolar

Tarixi qələbə günü münasibəti ilə Şorəlli kənd tam orta məktəbdə tədbir keçirilib. Xatırladaq ki, oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xocalı, Xocavənd, Xankəndi, Ağdərə şəhərlərində və Əsgəran qəsəbəsində ucaldıb. Azərbaycan xalqı Müzəffər Liderinə sonsuz inanır və hər daim onun arxasındadır! Dəmir yumruq dövlətin və xalqın birliyidir! Cənab Prezidentin timsalında birliyimiz hər zaman daimi olsun!          

Read More
Region Xəbərləri 

Azərbaycan xalqı hər zaman nəyin doğru, nəyin yalnış olduğunu anlayan, zamanında doğru qərarını verən yenilməz bir xalqdır.

15 oktyabr 2003-cü ildə xalq səs verdi, səsini qatdı sərrast danışıqlı İlham Əliyevin uca, məğrur, gur səsinə haqqın təntənəsinə. Səs verdi nurlu sabaha ,səs verdi Lələtəpə zəfərli qürurlu sabaha. Bəli 2003-cü il səs verdik Şuşalı, İravanlı, Zəngəzurlu sabaha, səs verdik Ulu Öndər Heydər oğluna Vətən sevinsin deyə xalq, millət doğru seçimini etdi. Ən doğru seçimiylə şanlı millət, məğrur xalq bu dövləti, bu taxtı qüdrətli, yenilməz, dönməz liderinə İlham Əliyevə tapşırdı. Seçildi, sevildi Ulu Öndır yolunun layiqli davamçısı olduğunu xalqına, millətinə, bütün dünyaya göstərdi, yüksək liderlik bacarığını bir daha sübut etdi.…

Read More