Hökumət “uşaq pulu”nu bərpa edir? — Pandemiya mövzunu yenidən aktuallaşdırıb
Koronavirus pandemiyasının ailələrin gəlirinə mənfi təsir etməsi, çoxlu sayda işsizin yaranması, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayının artması “uşaq pulu” mövzusunu yenidən aktuallaşdırıb. Ölkəmizdə 2006-cı ilə qədər tətbiq edilən “uşaq pulu” həmin tarixdən ünvanlı sosial yardımla əvəzlənib. Ünvanlı sosial yardımı “uşaq pulu”ndan fərqli olaraq bütün uşaqlı ailələr yox, yalnız ehtiyacı olan, yoxsul ailələr ala…
