Bazar ertəsi, 29 İyn, 2026

Аşura qiyamının tarixi kökləri (İkinci hissə)

İmam Əli (ə) xəlifə seçildikdən sonra özündən əvvəl başlamış bu mənfi prosesi zəiflətmək üçün xeyli səy göstərdi (O, Osmanın xilafət illərində də dəfələrlə ona xəbərdarlıq və nəsihət etmişdi). Əli (ə) ədalətsiz valiləri vəzifədən uzaqlaşdırdı, beytül-mal bölgüsünü dəqiq nizamladı, öz rəftarı və güzəranı ilə müsəlmanlara nümunə oldu. Onun zаhidliyi və dünya malına laqeydliyi bundan bilinir ki, […]

Toy etmədən, yalnız kəbin oxutdurmaq və dövlət qeydiyyatından keçməklə evlənmək olarmı?

Toy etmədən, yalnız kəbin oxutdurmaq və dövlət qeydiyyatından keçməklə evlənmək olarmı? Müsəlman şəriətinə görə, ailə quran zaman vacib olan şərt kəbin kəsdirmək və kəbinin şərtlərinə əməl etməkdir. Toy etmək, yığıncaq hazırlamaq, adamları qonaq çağırmaq vacib deyil. Amma bunlar da müstəhəb bilinir Ümumiyyətlə, İslam dinində bir neçə halda israfsız ziyafət vermək və insanları ziyafətə çağırmaq müstəhəb […]

Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür?

Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür, deməyən isə cəhənnəmə gedir? İnsanın can verən zaman ölüm anındakı vəziyyəti onun öz həyatını necə yaşaması ilə bağlıdır. Belə ki, ömrünü imanla başa vurmuş, saleh əməllər etmiş, böyük günahlara bulaşmamış şəxslər can verən zaman adətən əziyyət çəkmirlər. Ölüm mələyi onların gözünə gözəl qiyafədə görünür və onların canını […]

Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin onlayn dəyirmi masası keçirilib

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin (DAM) təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin onlayn dəyirmi masa tədbiri keçirilib. Dəyirmi masa ölkədəki dini durum, pandemiya dövrü dini maarifləndirmə problemləri, məhərrəmlik tədbirləri və s. mövzulara həsr olunub. Ekspertlərin onlayn dəyirmi masa tədbirində DAM icraçı direktoru Natiq Rəhimov, Qasımbəy məscidinin imam-camaatı Samir Ağayev, ilahiyyatçı yazar, Azərbaycan televiziyasında proqram müəllifi […]

Аşura qiyamının tarixi kökləri (Birinci hissə)

Çoxlarının zənn etdiyinin tam əksinə olaraq, Kərbəla faciəsinin hərəkətverici amilləri öz-özünə və qəflətən meydana çıxmamışdır. Onun daha dərin köklərini axtarmaq üçün Həzrət Məhəmməd Peyğəmbərin (s) dövrünə müraciət etməliyik. Doğrudur, İmam Hüseyn (ə) hərəkatı hicri 60-cı ilin rəcəb ayında – Müaviyyənin vəfatından dərhal sonra başlamış və hicri 61-ci ilin məhərrəm ayına kimi təqribən altı ay sürmüşdür. […]

Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən çıxarıldıqdan sonra tövbə edərkən necə dua etmişdi?

Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən çıxarıldıqdan sonra tövbə edərkən necə dua etmişdi? Qurani-Kərimdə buyurulur ki, Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən çıxarıldıqdan sonra Allahın ona öyrətdiyi kəlmələrlə (sözlərlə) tövbə etmiş və tövbəsi qəbul olmuşdu: “Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək tövbə etdi” (Bəqərə, 37). Bu kəlmələrin nədən ibarət olması barədə hədislərdə məlumat verilir. Əhli-beyt imamlarından nəql […]

Hacı Surxay Məmmədli: “Aşura günündə məqsəd toplaşmaq yox, Allahı dərk etməkdir”

“Artıq Məhərrəmlik ayı başlayandan bu günə qədər insanlarla onlayn bağlantı quraraq Məhərrəmliyin mahiyyəti, ali dəyərləri barədə söhbətlər aparırıq” . Bu sözləri Oxu.Az-a İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyət elmləri doktoru, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyib. O bildirib ki, pandemiya dövrünə baxmayaraq onlayn aparılan söhbətləri ölkədə və ölkə hüdudlarından kənarda çox ailələr izləyirlər: […]

Fuad Nurullayev: Aşura mərasiminin izdihamla keçirilməsi cəmiyyətimiz üçün ciddi təhlükə yarada bilər

Pandemiya ilə əlaqədar Məhərrəm ayına və Aşura gününə xas ayinlərin, inancların kütləvi şəkildə deyil, bütün müsəlman aləmində razılaşdırılmış qaydalara uyğun, fərdi qaydada keçirilməsi məqsədəuyğundur   “Bu gün qlobal problemlər silsiləsində ön sırada koronavirus pandemiyası dayanır. Bəşəri bəla statuslu COVID-19-un ən təhlükəli cəhəti həm də ondadır ki, o, bəşəri  səciyyə daşıyaraq, insanların sağlamlığını, rahatlığını və həyat […]