Kriminal 

Bakıda qayınata gəlinini qonşusu ilə hamamda tutdu — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI-VİDEO

Bakıda gəlininə ov tüfəngindən atəş açaraq qətlə yetirməkdə təqsirli bilinən Seyidmalik Məmmədovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, 2017-ci il dekabrın ayının 12-də Daxili İşlər Nazıirliyi Bakıda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, ayın 11-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Seyidmalik Məmmədov qeyri-əxlaqı həyat tərzinə görə qisas məqsədi ilə odlu silahdan atəş açaraq gəlini Aysel Məmədovanı qətlə yetirib. Hadisənin təfərrüatları barədə daha ətraflı videonun 7:16 dəqiqəsindən baxa bilərsiz. Ölkə.Az

Read More
Kriminal 

Kriminal avtoritet hakim qarşısına çıxarılır

Qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Əli Muğumovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılmaq üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda təyin olunacaq. Hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbir zamanı Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumov Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tutulub. Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus bir ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb. Ə.Muğumov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və…

Read More
Kriminal 

27 yaşlı Leylanın başını kəsərək öldürdü – Azərbaycanda DƏHŞƏTLİ QƏTL

Abşeron rayonun Qobu qəsəbəsində dəhşətli qətl törədilib. ARANTV.AZ  xəbər verir ki, dünən saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.Publika.az

Read More
Kriminal 

Bakıda kişi dostu tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonunda iki dost arasında dava zamanı biri digərinə bıçaqla xəsarət yetirib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Məmmədov Tərlan Ağasəlim oğlu dostu ilə mübahisə zamanı bıçaqlanıb. T.Məmmədov sağrı nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır.

Read More
Kriminal 

Bakı sakinini bıçaqlayıb 10 min dollarını aldılar

Aprelin 28-də, saat 20:00 radələrində Bakının Sabunçu rayon sakini quldurluq nəticəsində 10 min ABŞ dolları itirib. Bu barədə Oxu.Az-a rayon Polis Şöbəsindən məlumat verilib. Cinayət hadisəsi Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində törədilib. Qara trikotaj maskalı iki naməlum şəxs 1972-ci il təvəllüdlü Cəfər Səfərova “Renault” markalı avtomobilini evinin qarşısında park etdiyi zaman hücum ediblər. Onlar kişinin avtomobilinə girərək, sol ayağından bıçaqla yaralayıblar və pullarını verməsini tələb ediblər. Sonra isə C.Səfərovun yanında olan 10 min dolları ələ keçirərək, hadisə yerindən qaçıblar. Hadisə göstərilən ərazinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır. Faktla bağlı tutulan yoxdur. Ayın…

Read More
Kriminal 

Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi – FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat zamanı rayon sakini Ramil Kazımov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd kibrit qutusunda çəkisi 1.5 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R.Kazımov ifadəsində narkotik maddəni Quba rayonu Xaroşa kənd sakini İntiqam Zeynalovdan aldığını bildirib. Əməliyyat tədbirlərinin…

Read More
Kriminal 

53 yaşlı kişi 41 yaşlı sevgilisini və sevgilisinin atasını öldürdü — Müdiriylə intim münasibət…ANBAAN VİDEO

Abşeron rayonunda ata və qızını qətlə yetirməkdə təqsirli bilinən Sahib Hacıyevin cinayət işi. ARANTV.AZ xəbər verir ki, 2017-ci ilin sentyabr ayında Abşeron RPİ-nin əməkdaşları Bakı-Şamaxı yolunun 10-cu kilometrliyində üzərində müxtəlif zorakılıq əlamətləri olan kişi və qadın meyidi aşkar ediblər. Araşdırmalar zamanı məlum olub ki, onlar Füzuli rayon sakinləri Allahverdi Əsədov və qızı Samirə Əsədovadı. Həmin gecə cinayəti törətməkdə şübhəli bilinən şəxs polisə zəng edib təslim olmaq istədiyini və onları Qaradağ rayon Müşviqabad qəsəbəsindəki evində gözlədiyini bildirib. Hadisənin təfərrüatları barədə daha ətraflı videonu təqdim edirik. Ölkə.Az

Read More
Kriminal 

Bakıda ana və qızı evdə bıçaqlanıb

Bakının Sabunçu rayonunda iki nəfər bıçaqlanıb. ARANTV.AZ  xəbər verir ki, hadisə Anaşkin küçəsində baş verib. 1976-cı il təvəllüdlü Gözəlova Kəmalə Ayaz qızı və onun övladı – 1995-ci il təvəllüdlü Quliyeva Səadət İlyas qızı yaşadıqları evdə qohumları tərəfindən bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.“APA”

Read More
Kriminal 

Xəyanətə görə qeyri-rəsmi nikahda olduğu qadının boğazını kəsdi – VİDEO

2019-cu il iyunun 10-da Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində dəhşətli qətl hadisəsi baş verib. Şahidlərin sözlərinə görə, mərkəzin qeydiyyat şöbəsində işləyən 41 yaşlı Xavər İbrahimovanın yanına səhər saatlarında həyat yoldaşı gəlib. Qadın onunla söhbət etmək üçün həyətə çıxıb. Təxminən 5-10 dəqiqədən sonra isə ağır cinayət törədilib. İstintaqla müəyyən edilib ki, Faiq İbrahimov 2011-ci ildən qeyri-rəsmi nikahda olduğu X.İbrahimova ilə iyunun 7-də telefonla əlaqə saxlayaraq, mübahisə edib. Qadını öldürmək qərarına gələn F.İbrahimov onun iş yerinə yollanıb. Mərkəzin həyətində söhbət zamanı F.İbrahimov Xavərdən ona xəyanət edib-etmədiyini soruşduqda, sonuncu…

Read More
Kriminal 

Sumqayıtda keçmiş məhkum ürəyindən bıçaqlandı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu tanışı Rüstəmov Elxan Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.Rüstəmov R.Xəlilova ürəyindən və qarın nayihəsindən 4 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, E.Rüstəmov saxlanılıb.

Read More