Kriminal 

Bərdədə gənc boğazından bıçaq xəsarəti aldı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ verdiyi məlumata görə, hadisə rayonun “20 Yanvar” adlı ərazisində qeydə alınıb. Rayon sakini Cəmaləddin Fəxrəddin oğlu Abbasov boğazından bıçaq xəsarəti ilə mərkəzi xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən bıçaqlanması hələlik müəyyənləşməyib. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. report

Read More
Kriminal 

Şirvanda qadın birlikdə yaşadığı kişini bıçaqladı

Şirvan şəhərində bıçaqlanma olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib. Qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona üz və boyun nahiyəsindən üç bıçaq xəsarəti yetirib. Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib. Hazırda qadının saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda orta yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vuruldu

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.  ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. “Savalan” yaşayış massivində 1972-ci il təvəllüdlü Şərbətov Rauf Fərhad oğlu naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. R.Şərbətova qarının ön divarının, kürəyin və sol budun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Kişi gecə saatlarında keçmiş arvadını öldürmək istədi, polis imkan vermədi – FOTO

Türkiyənin İstanbul şəhərinin Aksaray rayonunda kişi iki il əvvəl boşandığı qadının evinə hücum edərək onu öldürməklə təhdid edib. “Haber Global”ın məlumatına görə, hadisə gecə saat 03:00 radələrində baş verib. Kişi qadınla danışmaq istədiyini deyib, buna görə də ondan qapını açmasını tələb edib. Qadın tələbi yerinə yetirmədiyinə görə o, qapı-pəncərəni sındırmağa çalışıb. Keçmiş həyat yoldaşı Ersin D. adlı şəxsdən polisə şikayət edib. Polis hadisə yerinə gələrkən Ersin oradan uzaqlaşaraq qaçıb. Təxminən yarım saatlıq təqibdən sonra kişini parkda tutmaq mümkün olub. Qadın bildirib ki, Ersin onu öldürmək istəyib. Qadının şikayətinə əsasən keçmiş…

Read More
Kriminal 

Mingəçevirdə 35 yaşlı kişini boynundan bıçaqladılar

Mingəçevir sakini bıçaqlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Vaqonlar” adlanan yaşayış massivi ərazisində baş verib. Naməlum şəraitdə 1985-ci il təvəllüdlü, şəhər sakini İlkin Məhəmməd oğlu Məmmədovun boyun nahiyəsindən iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Həyat yoldaşı ilə mübahisə etdi, iki övladını girov götürdü – VİDEO

Türkiyənin paytaxtı Ankarada həyat yoldaşı ilə mübahisə edən kişi iki azyaşlı övladını girov götürüb. “HaberGlobal” məlumat verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onunla danışıqlar aparmağa çalışır.  Kişi polislərə bildirib ki, övladlarının başına silah dirəyib və o, həyat yoldaşının hadisə yerinə gətirilməsini tələb edir. Hadisə yerinə gələn qadın telofon vasitəsi ilə həyat yoldaşı ilə əlaqə yaradıb. Lakin kişinin hansı tələblər irəli sürdüyü haqda hələlik məlumat verilmir.  

Read More
Kriminal 

Boşandığına görə bacısını və yeznəsini öldürdü – VİDEO

2019-cu il fevralın 5-i saat 13 radələrində DİN “102” xidmətinə özünü təqdim etməyən bir qadından zəng gəlir. Həmin qadın “28 may” qəsəbəsində iki nəfərin bıçaqlanması barədə məlumat verib. Bundan sonra Binəqədi RPİ 40-cı polis bölməsi və rayon prokurorluğunun əməkdaşları həmin qəsəbənin 4-cü küçəsində yerləşən 24 saylı evə baxış keçiriblər. Evdə İlkin Məmmədov və Sevinc Məmmədova adlı iki şəxsin meyitləri, cinayətin aləti olan bıçaq və digər əşyalar aşkar edilib. Həmin gün polis şöbəsinə könüllü gələn Beyləqan sakini, 32 yaşlı Vəli Behbudov yeznəsini və bacısını qətlə yetirdiyini bildirib. O, danışmamaqla qeyri-adekvat hərəkətlər…

Read More
Kriminal 

Vətəndaşları rüsvayedici məlumatlarla hədələyən ata və oğlu tutuldu

Hədə-qorxu yolu ilə pul tələb edən ata-oğul həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb. Onun atası A.Eyvazovla birgə cari ilin yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6 000 manat alması da müəyyən edilib. A.Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət…

Read More
Kriminal 

Qusarda narkotacirlər dəstəsi tutulub

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən ümumilikdə yeddi nəfər olmaqla iki dəstə ifşa edilib. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş “Əxi” ləqəbli 44 yaşlı Yagir Həzərov rayon ərazisində quraşdırılmış müvəqqəti stasionar postdan keçmək istəyən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Y.Həzərovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd sellofan bükümdə narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.…

Read More