Cümə axşamı, 02 İyl, 2026

Lökbatanda güclü yanğın – VİDEOYENİLƏNİB

Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən yanğında mayın 12-si saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb. Musavat.com xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. *** Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Bu […]

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı- FOTO

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan qız bıçaqlanıb. Musavat.com “Teleqraf”a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib. Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib. pizza hut Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq […]

Şəmkirdə yanıq xəsarətləri alan 23 yaşlı gənc öldü

Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb. “Report”un məlumatına görə, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb. Faktla bağlı araşdırma aparılır.

Göygöldə QƏZA: 5 nəfər xəsarət aldı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü […]

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır./APA

Ağdamda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub

Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin kimlikləri məlum olub. “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəzada Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu ölüb. Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda qadın ərini kabel və tava ilə döydü

Bakının Sabunçu rayonunda qadın ərinə xəsarət yetirib. Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 26-da Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib. 1992-ci il təvəllüdlü Fərqanə həmin gün saat 12 radələrində yaşadıqları evin dəhlizində həyat yoldaşı Məmmədlə (adlar şərti verilib – red.) mübahisə edib. Buna səbəb Məmmədin qadının barəsində böhtan xarakterli ifadələr işlətməsi olub. […]

Bir anlıq diqqətsizlik baha başa gəldi –Taksidə şok oğurluq

Bakıda taksi sürücüsünün avtomobilinə müştəri qismində əyləşən şəxs onun mobil telefonunu oğurlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Nəsimi rayonunda isə kafelərin birindən müştəriyə məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Ağamuradov da polis əməkdaşları tərəfindən saxlanılıb. […]

Perinatal Mərkəzdəki yanğın işi – Prokuror ağır cəza istədi, vəkillər isə…

Respublika Perinatal Mərkəzində baş vermiş və 7 körpənin ölümü ilə nəticələnmiş dəhşətli yanğın hadisəsi üzrə cinayət işi çərçivəsində növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur […]