Kanadada qatar relsdən çıxıb
Kanadanın Britaniya Kolumbiyası əyalətində yük qatarının 26 vaqonu relsdən çıxıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, insident Maunt-Robson dağından 30 kilometr şərqdə baş verib.
Bildirilir ki, qatar “Canadian National Railway” şirkətinə məxsusdur.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbi araşdırılır.

