Azərbaycanda BİABIRÇILIQ – Yaşlı kişinin evini satdılar, pensiya kartını əlindən alıb küçəyə atdılar – FOTO
Azərbaycanda yaşlı kişinin polis bölməsinin qarşısına atıb qaçdılar.
ARANTV.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan və polis bölməsinin qarşısına atılan kişinin qızı bildirib.
Qadın bildirib ki, atasını polis bölməsinin qarşısına qardaşı atıb: “Mən özüm yataqxanada qalıram. Yataqxanada həyat yoldaşım və oğlumla qalıram. Həyat yoldaşım deyir ki, oğlu ola-ola mən niyə sənin atana baxmalıyam. Mənə polis zəng edib dedi ki, gəlin, atanızı qocalar evinə yerləşdirək”.
Kişinin övladları tərəfindən küçəyə atılması hiddətə səbəb olub: “Kişinin evini satıb, pensiya kartını əlindən alıb, özünü də küçəyə atırlar”.Sonxeber.az

