39 min suriyalı Türkiyə sərhədinə sığındı
Suriyada Əsəd rejimi və dəstəkçilərinin tez-tez həyata keçirdikləri hücumlar nəticəsində son 24 saat ərzində daha 39 min vətəndaş Türkiyə sərhədi yaxınlarına sığınıb.
ARANTV.AZ-ın məlumatına görə, 2019-ci ilin noyabrında bu günə qədər ölkəni tərk edənlərin sayı 541 minə çatıb.
Regionda miqrasiya məlumatları üzrə işləyən Suriya Müdaxilə Koordinasiyasının müdiri Məhəmməd Həllacın Anadolu Ajansının müxbirinə verdiyi məlumata görə, İdlibin Eriha, Serakib və Cebel Zaviye bölgələrində miqrasiya artmaqda davam edir.Sonxeber.az

