Region Xəbərləri 

Xaçmazda elektrik enerjisinin verilişi bərpa edildi

Ötən gecə Xaçmaz rayonu ərazisində başlayan güclü külək qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, rayonun elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

ARANTV.AZ  xəbər verir ki, “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu haqda Trend-ə məlumat verib.

Onun sözlərinə görə, “Azərişıq” əməkdaşları gecə boyunca qəzanın nəticələrini aradan qaldırmaqla məşğul olub:

“Əməkdaşlarımızın səyi nəticəsində Xaçmaz rayonunu Dədəli kəndi istisna olmaqla bütün ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın dəqiqələrdə Dədəli kəndinə də elektrik enerjisinin verilişi bərpa olunacaq”.

Daha çox xəbərlər