“Klassik efir məkanı ilə bağlı daha geniş qanunvericilik bazasına ehtiyac var” – Deputat
İnformasiya təhlüksəziliyi Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biridir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zaman deyib.
H.Babaoğlu bildirib ki, bu gün Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbə sosial şəbəkələrdir:
Bununla bağlı tez-tez qanunvericiliyə dəyişiliklik edirik. Ancaq bizim klassik informasiya məkanımız, radio və televiziya efirimiz var.Düşünürım ki, növbəti mərhələdə biz bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirməliyik. Bu nədən ibarətdir?! Misal üçün, Bakıdan 100 km kənarda radio efir dalğaları pozulur. Bəzən qısa məsafələrdə də bu belə olur.
Biz Bakıdan uzaqlaşan zaman başqa ölkələrin radio dalğlarına qulaq asmalı oluruq. Düşünürəm ki, biz həm virtual məkanda həm də klassik efir məkanında bütün münasibətləri tənzimləyəcək və bu təhlükələri aradan qaldıracaq geniş qanunvericilik bazasına ehtiyac var. Ümid edirəm ki, növbəti mərhələdə biz bunun öhdəsindən gələcəyik”.

