Qazaxıstanda daha bir nəfər koronavirusa yoluxub
Qazaxıstanda daha bir nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz “Telegram”-kanalında xəbəer verib.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 37 nəfərə çatıb. Onlardan 19-u Almatıda, 18-i isə Nur-Sultanda qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.

