Quzanlı qəsəbəsinin prospekt və küçələrində dezinfeksiya işləri aparılıb
Koronavirus (COVID – 19) infeksiyasının Ağdam rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri həyata keçirilir.
ARANTV.AZ xəbər verir ki, martın 25-də Quzanlı qəsəbəsinin prospekt və küçələri, insanların kompakt toplaşdığı və ümumi istifadə etdikləri yerlər xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulub. Həmçinin əhali arasında geniş maariflənmə işləri aparılır, sakinlərə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi izah olunur.AZƏRTAC

