Bakıda iki dost azyaşlı qızı kimsəsiz yerə aparıb — MƏHKƏMƏ
ARANTV.AZ xəbər verir ki, onun müraciətinə hakim Tahir Kazımovun sədrliyi ilə bxılacaq
İş üzrə məhkəmə baxış iclası aprelin 15-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən Məhyəddin Fətullayev dostu Vidadi Əsədovla birlikdə Samirə Məmmədovaya (ad və soyad şərti verilib – red.) təcavüz ediblər.
İki dost Samirə Məmmədovanı aldadaraq kimsəsiz bir əraziyə gətiriblər. Orada həmin şəxslər Samirə Məmmədovaya zorakılıq ediblər, onunla zorla cinsi əlaqədə olublar.
Daha sonra Vidadi Əsədov və Məhyəddin Fətullayev Samirəni seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur ediblər.
Samirə bu tələbi yerinə yetirmədiyi halda döyülüb və zorlanıb.
Samirə Məmmədova hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra hər iki şəxs həbs edilib.
İstintaq orqanı tərəfindən Vidadi Əsədov və Məhyəddin Fətullayevin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) maddəsi ilə ittiham elan edilib.
Ölkə.Az

