Hindistanda leysan yağışlar: ən azı 11 nəfər həlak olub
Hindistanda yağan leysan yağışlar nəticəsində ən azı 11 nəfər ölüb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, leysan yağışlar və onların törətdiyi torpaq sürüşmələri nəticəsində bir neçə nəfər xəsarət alıb. Yağışlar əsasən ölkənin şimal ştatlarına (Cammu, Kaşmir, Pencab, Himaçal-Pradeş və Haryana) ziyan vurub.
Qeyd olunur ki, Pencab ştatında qırmızı təhlükə səviyyəsi elan olunub, Cammu, Kaşmir və Himaçal-Pradeşin əksər hissəsində məktəblər bağlanıb.

