Abşeronda 5 otaqlı ev yanıb
Abşeron rayonunda yanğın baş verib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 55 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağında yataq dəsti və döşəmə 2 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

